Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2019
09:44
544
AQTA sahibkarlara və vətəndaşlara müraciət edib

Hazırda Azərbaycanda qida zənciri boyu məhsulların izlənilməsini, istehlakçıların və sahibkarların hüquqlarının qorunmasını özündə əks etdirən risk əsaslı yeni nəzarət sistemi qurulur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Faktxeber.com-a verilən məlumata görə, bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün hər bir vətəndaşın prosesdə iştirakı və həyata keçirilən tədbirlərə, tətbiq olunan yeniliklərə obyektiv münasibəti xüsusi əhəmiyyət daşıyır. 

"Çünki qurulan yeni qida təhlükəsizliyi sistemi bu sahəyə ictimai marağı, vətəndaş mövqeyini və iştirakını tələb edir. Təbii ki, ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən islahat xarakterli tədbirlər bu sahədə uzun illərdən bəri insanların təhlükəsizliyi və gələcək nəsillərimizin sağlamlığı bahasına qanunsuz olaraq külli miqdarda gəlir əldə etmiş müəyyən şəxslər tərəfindən heç də xoş qarşılanmır. Ancaq əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində Agentlik tərəfindən aparılan yoxlama nəzarət tədbirləri zamanı aşkar olunan qanunsuz hallara qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçirilir", agentlikdən bildirilib. 

Agentlik qida sahəsində həyata keçirilən nəzarət tədbirlərində şəffaflığın və effektivliyin daha da artırılması üçün sahibkarları və vətəndaşları prosesdə aktiv iştirak etməyə dəvət edir.

Agentliyin əməkdaşları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlama-nəzarət tədbirləri, baytarlıq və fitosanitariya nəzarəti, idxal-ixrac proseslərində sənədləşmə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı sahibkar və ya hər hansı bir vətəndaş tərəfindən qanunsuz hal müşahidə olunarsa, bununla bağlı hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Qida sahəsində qanunsuz fəaliyyətlərin və pozuntuların vaxtında və operativ şəkildə qarşısının alınması üçün bir daha vətəndaşları prosesdə aktiv iştirak etməyə və neqativ hallarla bağlı Agentliyin 1003 “Qaynar xətt”inə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verməyə çağırırıq.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3091

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3029

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1523

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1343

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
47

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
985

Abituriyentlərə yeni imkan yaradılıb

27

İyun
10:55
ELM / TƏHSİL
1214

Yanacaq doldurmağa girmişdi, dünyasını dəyişdi

27

İyun
10:54
HÜQUQ,HADİSƏ
994
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 13:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru