Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

21 Mart

2019
11:04
777
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq

Martın 21-də futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

Millimiz səfərdə Xorvatiya yığmasının qonağı olacaq. Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik “Maksimir” stadionunda təşkil olunacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdir olacaq. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edəcək.

Xorvatiya yığması ilə oyunun maraqlı keçəcəyini bildirən yığmamızın baş məşqçisi deyib: “Oyunçularımın məşqdəki motivasiyasından razıyam. Gözlədiyimdən də yaxşı səviyyədədirlər. Ancaq etiraf etməliyik ki, Xorvatiya yığmasının futbolçularının səviyyəsi tam fərqlidir. Rəqib haqda oyunçulara hər şey artıqlaması ilə çatdırılıb. Detallı şəkildə təhlil aparmışıq. Ancaq əsas bu deyil, oyunçuların meydanda nələri ortaya qoya biləcəkləridir. Hamımız bilirik ki, Xorvatiya favoritdir. Ancaq biz də istəyirik ki, onlara xoş olmayan sürpriz edək”.

Yığmamızın kapitanı Maksim Medvedev bildirib ki, güclü rəqibə qarşı çıxış edəcəyik. Ola bilsin, oyun səviyyəmiz nisbətən azdır. Buna baxmayaraq, biz də yaxşı oynamağa çalışacağıq.

Azərbaycan millisinin yalnız son oyunlarını izlədiyini bildirən Xorvatiya komandasının baş məşqçisi Zlatko Daliç vurğulayıb ki, əvvəlki görüşlərin əhəmiyyəti yoxdur. Hər bir baş məşqçi öz fəlsəfəsini ortaya qoyur. Necə oynayacaqlarını maraqla gözləyirik.

Bir neçə gün öncə ölkəsində yeddinci dəfə ən yaxşı futbolçu seçilən Xorvatiya millisinin kapitanı Luka Modriç deyib: “Azərbaycan ilə oyun təhlükəli ola bilər. Matçın bizim üçün uğurlu olacağını düşünürəm. İndi asan rəqib qalmayıb. Azərbaycan da istisna deyil”.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Belə ki, final mərhələsi 2016-cı ildə Fransada baş tutan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də səfərdə keçirilən oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda təşkil olunan matçda isə hesab açılmayıb.

“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb.

Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnirin final mərhələsi 2020-ci ildə qitənin 12 şəhərində keçiriləcək. “Avro 2020”nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Təşkilatçı ölkələrin heç birinin milli komandası final mərhələsinə birbaşa vəsiqə qazanmaq müstəsnalığına malik deyil və UEFA üzvü olan bütün milli assosiasiyaların komandaları seçmə mərhələdə mübarizə aparacaq. Bundan əlavə, UEFA Millətlər Liqası vasitəsilə də "Avro 2020"nin final mərhələsinə vəsiqə qazanmaq mümkündür. Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi bu il noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdəki "National Arena"da təşkil olunacaq.

Məqalədə : Azərbaycan millisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
176

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
299
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 00:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru