Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2019
11:28
1140
Sənədsiz evlərlə bağlı konsepsiya PA-ya - Təqdim ediləcək

“Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək. Güman olunur ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq”.

FaktXəbər bildirir ki, bu barədə iqtisadçı ekspert Vüqar  Bayramov sosial şəbəkədə yazıb.  O bildirib ki, rəhbəri olduğu mərkəzin təklifləri isə “Əmlak Aministiyası”nı nəzərdə tutur: “O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. 

Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

Onun sözlərinə görə, konsepsiyalarında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub: “Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.

Məqalədə : Sənədsiz evlər konsepsiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
103

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1810

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
545

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1641

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1769

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2011

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1310

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
830
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 09:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru