Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

14 Mart

2019
12:18
348
Dünyanı bu müharibəni dayandırmaq üçün nəyi gözləyir?

Siyasi həll yolu və hərtərəfli dialoq Yəməndə münaqişənin nizamlanmasının yeganə üsulu olaraq qalır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri bir neçə il ərzində Yəmənə hava və qurudan əməliyyatlar təşkil etsə, dinc əhalinin qətlinə səbəb olsa da, ölkədə stabil durum yaranmır. Bundan əlavə Səudiyyə və onun dəstəkçisi olan ölkələr də, bu illər ərzində həm xeyli sayda hərbçi, həm də texnika itirib.

Yəməndə qarşıdurmalar 2014-cü ildən başlayıb. Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirildi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb etdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.

Əslində Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə qarşı müharibə elan etməklə biabır olub. Milyardlarla dollarlıq hərbi büdcəyə malik Səudiyyənin Yəməndə qanuni hökumət olan  "Ənsarullah" hərəkatıilə  bacara bilməməsi, üstəlik dinc əhalini qətlə yetirməsi dünya ölkələri tərəfindən sərt tənqid olunur. Səudiyyə öz biabırçı məğlubiyyətini etiraf etməmək üçün hələ də Yəməndəki əməliyyatları davam etdirir.
 
21 milyondan çox əhalisi olan Yəmən hazırda qıtlıq və dəhşətli vəba epidemiyasının ortasındadır. Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. BMT yayadığı hesabatlarda dəfələrdə qeyd edib ki, ölkə "total dağılma"nın astanasındadır. Belə olan vəziyyətdə Səudiyyə Ərəbistanına dünya ölkələri nə üçün dur demir? Heç bir hegemon ölkə Səudiyyə rejiminə barmaq silkələmir və Yəmən xalqına qarşı qətliam davam edir.

FaktXəbər

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
166

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 21:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru