Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2019
14:27
Deputatlar: Qanunları bəzən özümüz də oxuyub başa düşmürük

Qanunların dili elə olmalıdır ki, onu hamı başa düşə bilsin. Bu məsələyə ciddi diqqət yetirilməli, qanunlarımız hamının başa düşdüyü, anladığı tərzdə yazılmalıdır.

Bunu millət vəkili Novruz Aslan parlamentin Aqrar siyasət komitəsinin martın 13-də keçirilən iclasında “Fitosanitar nəzarəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Biz özümüz bəzən bu qanunları oxuyub başa düşə bilmirik, o qədər qəliz şəkildə yazılır ki, anlamaq olmur. Onda bəs sıravi insanlar necə olsun?”, - deyən millət vəkili, ümumiyyətlə, qanun layihəsində “isə” sözünə, mötərizələrə ehtiyac olmadığını bildirib:

“Bunlar axı nəyə lazımdır? Hesab edirəm ki, bunlar gələcəkdə mütləq nəzərə alınmalı və yığışdırılmalıdır”.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov millət vəkilinin iradları ilə razılaşdığını bildirib.

“Bu qanunun qəbulundan on ildən çox vaxt keçir. O, 2006-cı ilin 12 may tarixində qəbul edilib və üstündən xeyli vaxt ötür. Hesab edirəm ki, həmin qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin növbəti oxunuşlarında və müzakirələrində bu məqamlar nəzərə alına bilər.

Hələlik birinci oxunuşdur, növbəti oxunuşlarda bu məsələlərə baxılması və onların nəzərə alınması mümkündür. Mənim də fikrim belədir ki, qanunlar sadə, hamının başa düşə biləcəyi dildə yazılmalıdır. Burada qəlizliyə ehtiyac yoxdur”, - deyə komitə sədri əlavə edib.(Oxu.az)

Məqalədə : Deputatlar Qanun 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Osloda ən məşhur ad "Məhəmməd"dir

24

Yanvar
13:08
MARAQLIDIR
237

Brüssel də Brexit-i təsdiqləyib

24

Yanvar
12:45
DÜNYA
194

Pompeo Rusiyanı cəzalandırmaq istəyir

24

Yanvar
12:37
DÜNYA
201

Xırdalanda su kəsiləcək

24

Yanvar
10:10
ÖLKƏ
226
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 14:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru