Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2019
12:04
Ölkədə pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6% üstələyərək 5,5 milyard manata bərabər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Onların dəyəri ötən ilin eyni dövründə nisbətən real ifadədə müvafiq olaraq 2,3% və 3% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,7%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının, 18,0%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2 ay ərzində istehlak məhsullarının dəyər ifadəsində 19,2%-i ticarət müəssisələri, 49,6%-i fərdi sahibkarlar tərəfindən, 31,2%-i isə bazar və yarmarkalarda satılıb. İllik müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,1% artıb, fərdi sahibkarlar üzrə 1,4%, bazar və yarmarkalarda 3,6% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 140,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4510

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3095

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2461

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2045
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 01:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru