Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2019
15:38
476
Çavuşoğlu: İsrail qeyri-qanuni fəaliyyətlərini artırdıqca...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa ölkələrində xidmət edən Fələstin səfirlərinin Məşvərət Toplantısında iştirak edib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Çavuşoğlu, "İsrail baş verənlərdən dərs almaq əvəzinə, eyni səhvləri təkrar edir. Qəzzadakı qeyri-insani blokadanı davam etdirən İsrail, iki dövlətli həlldən imtina etmək üçün zorakılıqdan qidalanan kampaniya aparır. Ötən il İsrail parlamentində qəbul edilən "Milli Dövlət Qanunu" da bu düşüncəni sübut edən nümunədir. Bu cür cəhdlərlə, dialoq və diplomatiya yoluyla ədalətli və daimi sülhə nail olmaq hədəfimizin korlanmasına heç vaxt yol verməyəcəyik. İsrail qeyri-qanuni fəaliyyətlərini artırdıqca, biz beynəlxalq məkanda sülh və ədalət üçün daha çox səy göstərəcəyik", - deyə bildirib.

Çavuşoğlu, "Qüdsün tarixi və hüquqi statusunun mühafizəsi, xarici siyasətimizin prioritetlərindən biridir. Bu, bizim üçün müqəddəs bir işdir. Qüdsdəki ədalətsizliyə beynəlxalq cəmiyyətin diqqətini çəkmək üçün hər cür səy göstəririk", söyləyib.

İrana qarşı sanksiyaları da qəbule tmədiklərini vurğulayan Çavuşoğlu, "İranın bu şəkildə küncə sıxışdırılmasının bölgə üçün də çox riskli və təhlükəli olduğunu düşünürük", - deyə bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputatların da pensiyası artacaq

27

İyun
14:10
ÖLKƏ
202

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3120

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3047

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1536

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1354

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
56

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
998
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 14:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru