Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2019
11:42
3195
İranda təhsil alan azərbaycanlı tələbələr bəyanat yayıblar

İranın Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr Ermənistan rejiminin baş nazirinin səfəri ilə yaranmış narahatçılıq və səfər çərçivəsində baş verən digər hadisələrlə bağlı İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edib. Müraciətdə deyilir:

"Bildiyiniz kimi iki müsəlman ölkəsi olan İran və Azərbaycan arasında olan əlaqələr daim islam və müsəlmanların hədəfi altında olmuşdur. Düşmən daim iki qonşu ölkə arasında olan bu səmimi və sarsılmaz əlaqələri pozmağa çalışmışdır.

Təəssüflər olsun ki, Ermənistan baş nazirinin bir neçə gün öncə İslam Respublikasına etdiyi səfər də öz növbəsində bu barədə düşmənə yeni bəhanələr vermişdir. Bu səfər Azərbaycan Respublikasının ictimai – siyasi arenasının bugünlərdə ciddi şəkildə qarışmasına səbəb olmuşdur. Bunun səbəblərini xülasə olaraq qeyd edir və bu məktuba lazımi diqqətin ayrılacağına ümid edirik:

1.Cinayətkar Ermənistanın baş nazirinin İrana olan səfəri “Xocalı” faciəsinin ildönümü ərəfəsinə tuş gəldi. Xocalı qətliamı 26.02.1992-ci tarixində məzlum və müsəlman Azərbaycan xalqı əleyhinə ermənilər tərəfindən törədilmiş acı bir hadisədir. Hadisə nəticəsində 613 şəhid, 487 yaralı və 1275 əsir qeydə alınmışdır. Bu rejimin baş nazirinin 27 fevral tarixində, yəni bu hadisənin ildönümündən bir gün sonra qardaş ölkə olan İrana səfəri, Azərbaycanda fitnənin baş verməsinə və xalqın, xüsusən dindarların narahatçılığına səbəb olmuşdur.

2.Baş nazirin bu səfər çərçivəsində qatıldığı mərasimlərdə etdiyi çıxışlar, İran İslam Respublikasının Qarabağla bağlı olan mövqelərinə tamamilə ziddir. Biz bilirik ki, İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi olaraq tanıyır. Təəssüflər olsun ki, baş nazirin bu çıxışları Ali Dini Lider ilə görüşdən və Qarabağ məsələsinin sülh yolu və ikitərəfli danışıqlar əsasında həlli barədə tövsiyələrindən sonra etməsi, bu məsələnin arxasında gizli əllərin olmasından xəbər verir.

3.Lakin qeyd olunan iki səbəbin heç biri sonda qeyd edəcəyimiz səbəb qədər Azərbaycan xalqının narahatçılığına səbəb olmamışdır. Baş nazirin keçirdiyi görüşlərdən birində (Tehranda yaşayan ermənilərlə paytaxtın “Ararat” stadionundakı görüş) “Qarabağ Ermənistanındır və son” şüarı ilə asılan banner, qeyrətli və şərəfli Azərbaycan xalqının narahatçılığına və qəzəbinə səbəb olan əsas və köklü amildir.

Biz Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr olaraq bilirik və inanırıq ki, bu bannerdə iddia olunan məsələ İran İslam Respublikasının mövqelərinin ziddinədir. Bundan əlavə, bu şüar Ali Dinin Liderin “Qarabağ islam torpağıdır və bu yolda ölənlər şəhid hesab olunurlar” mövqeyi ilə tamamilə ziddiyyət daşıyır.

Biz Azərbaycan xalqının İranda olan mənəvi nümayəndələri olaraq sizdən, Azərbaycan Respublikası ilə əlaqələrinizlə bağlı mövqe və addımlarınıza daha diqqətlə yanaşmağınızı və bu əlaqələri təhdid edən fəaliyyətlərdən çəkinməyinizi rica edirik.

İkinci istəyimiz budur ki, İran İslam Respublikasının rəsmiləri xüsusi olaraq bu mövzu və atılan kinli addımlar barədə, ümumi olaraq isə İran İslam Respublikasının Azərbaycan və Ermənistanla əlaqələri barədə açıq və şəffaf mövqelərini bildirsinlər və bununla da Azərbaycan xalqının və dindarlarını bu çaşqınlıqdan çıxarsınlar.

İki qonşu və müsəlman ölkələrinin əlaqələrinin daha da güclənməsi, baş qaldıran bu fitnələrin tezliklə sizin və bizim əlimizlə həlli və düşmənin bu barədə olan hiylələrinə qalib gəlmək ümidi ilə."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
273

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
362

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
244

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
275

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
221

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
255

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
265

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
546
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 21:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru