Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

27 Fevral

2019
10:38
399
`Bakı küləyindən, Xəzərin kiçik dalğalarından elektrik almaq olar`

Söhrab Rəhimov inşaat sektorunun layihələndirməsi, təşkilində yeni texnologiyaların tətbiqi, dayanıqlı arxitektura prinsipləri və müasir rasional fəlsəfəsini dəstəkləyən, 24 illik təcrübəyə sahib ekspertdir.

O hesab edir edir ki, Bakı küləyindən, Xəzər dənizində yaranan balaca dalğalardan belə təbii enerji almaq mümkündür 

"Ümumiyyətlə, tükənməyən təbii ehtiyat yoxdur. Hər birinin özünəməxsus ömrü var. Təbii ehtiyatlardan faydalanarkən ətraf mühitin təmiz qalmasına və ən az şəkildə çirklənməsinə önəm verməliyik. Hər hansı ehtiyatın ucuz olması və istifadəsi yalnız tərəzinin bir gözüdür. Ucuzluq biz insanlara lazımdır, təbiət isə ona verilən ziyanı əfv etmir. Azərbaycanda neft-qazdan alınan elektrik enerjisi alternativ yollarla əldə edilən elektrik enerjisinə görə ucuz başa gəldiyi üçün yeni texnologiyaların tətbiqi qiymət baxımından bizə sərfəli deyil. Ancaq bunun belə davam etməyəcəyini bilməliyik və çətin anlara əvvəlcədən hazır olmalıyıq.

Avropada isə alternativ enerjiyə tələbat uzun illər öncə yaranıb. Məsələn, Almaniyada bəzi şəhərlərin istilik enerjisi tələbatı termal suların vasitəsilə reallaşır. Elektrik enerjisi barəsində də geri qalmırlar. Binaların elektrik enerjisinə olan tələbatının bir hissəsini orada quraşdırılmış avadanlıq qarşılayır.

Məsələn, bina elementləri standart hala gətirilə bilər, yəni balkon məhəccərləri yerinə günəş elektrik və isti su panelləri quraşdırıla, pəncərə şüşələri özəl texnologiya ilə elektrik enerjisi qazandıra bilər. Bakı küləklər şəhəridir, deməli külək enerjisindən istifadə etmək olar. Hətta dənizdə çox kiçik bir dalğadan belə elektrik enerjisi almaq olar. Artıq Avropada istifadə edilən küçə işıqlandırmaları gündüz vaxtı Günəşdən aldığı enerjini saxlayaraq gecə işə salır. Bunun kimi bir çox fikir istehsal etmək olar. Əsas su xətləri üzərində modul olaraq qurula bilən elektrik turbinlərindən elektrik almaq, kənd təsərrüfatının aktiv olduğu yerlərdə bioenerjidən yararlanmaq olar. Bir sözlə gələcəkdə bizi təmiz və israfsız bir dünya gözləyir".(modern.az)

Məqalədə : Bakı küləyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
85

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
971

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1332
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 00:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru