Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2019
14:39
1226
Vergilər Nazirliyi `Keşlə`də yoxlama aparır

Çempionatda bərbad mövsüm keçirən “Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil. Klubun maddi problemləri mövcuddur. 

Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir. 

Əldə etdiyimiz digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur. 

Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirliyin yoxlamaları davam edir. 

Qeyd edək ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundovdur. 

***

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov əlaqə saxlayaraq klubda yoxlamaların olmasını təsdiq edib. Lakin o bildirib ki, bu yoxlamalar Vergilər Nazirliyi tərəfindən yox, AFFA-nın daxili auditləri tərəfindən aparılır: “Klubda aparılan yoxlamalar Vergilər Nazirliyi deyil, AFFA-nın daxili auditləri tərəfindən aparılır. Bu da Premyer Liqanın bütün klublarına aiddir.  Heç bir problem də aşkarlanmayıb”.(Qafqazinfo)

Məqalədə : Keşlə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
351

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
437

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
488

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
963

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
578

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
558
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru