Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2019
09:48
Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır.

Bir neçə maddə ilə ittiham edilən Həbib Qurbanov, Emil Məmmədov, Vüqar Yusifov, Mirzə Hüseynov, Asif Vəliyev, Şahin Vəliyev, Elmir Hüseyn-zadə və Bəkrəm Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Cinayət işində 17 zərərçəkmiş var.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.(Report)

Məqalədə : Gəncə hadisələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
189

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
199

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
266

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
262

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
283

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 17:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru