Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
11:12
Ayaz Quliyev Azərbaycan yığmasında oynamaq istəyir

"Biz hamımız istəyərdik ki, Ayaz Quliyev Azərbaycan milli komandasında oynasın. Bu, sadəcə olaraq, bir az çətin məsələdir". 

Bu fikirləri "report"a açıqlamasında "Sumqayıt" klubunun prezidenti Riyad Rəfiyev Rusiya "Spartak"ında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin Azərbaycan yığmasına cəlb olunma ehtimalı ilə bağlı danışarkən deyib. 

Rəfiyev AFFA-da çalışdığı müddətdə yarımmüdafiəçi ilə sıx əlaqədə olduğunu bildirib. 

O, oyunçu ilə ən azı ayda bir dəfə danışdığını söyləyib: "Ayaz Quliyevlə çox yaxşı münasibətlərimiz var. Onunla dostluq əlaqələrimiz də mövcuddur. Dost kimi də tez-tez söhbət edirik. O, hazırda Azərbaycan millisini seçsə, Rusiyada legioner hesab olunacaq. Rusiya Premyer Liqasının reqlamenti belədir. Futbolçu üçün çox ağır seçimdir. Bilirəm ki, özü Azərbaycan millisində oynamaq istəyir. Vətənini çox sevir. Sadəcə, reqlamentə görə, hazırda hansısa tələsik cavab verə bilmir. Bu da normaldır. Anlayışla qəbul etmək lazımdır". 

Klub prezidenti AFFA-nın ona millidə oynamağı təklif etdiyini vurğulayıb: "AFFA bir neçə dəfə ona dəvət göndərib. Bu həm Robert Prosineçkinin, həm də Qurban Qurbanovun vaxtında olub. Amma yenə deyirəm ki, seçim onundur. Qərarı özü qəbul etməlidir".

Məqalədə : Ayaz Quliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61340

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59085

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60783

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60389

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65940

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60213

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60444
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 08:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru