Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2019
16:45
Erməni zabitlər Nikol Paşinyanı təhdid etdi
"Unutmayın ki, Ermənistanın gələcəyi ordudan asılıdır"

Ermənistan ordusunun bir qrup zabiti məvaciblərinin az olması səbəbindən baş nazir Nikol Paşinyana şikayət məktubu yazıblar. 

Məktubda deyilir ki, son zamanlar bəzi yüksək vəzifəli məmurların pul mükafatları ilə təltif olunmaları orduda xidmət edən hərbi qulluqçular arasında böyük səs-küy yaradıb və bu məsələ tənqid olunub. 

Məktubda deyilir ki, çətin şəraitdə hərbi hissələrdə xidmət edən zabitlər vəzifə borclarını yerinə yetirməklə yanaşı, aldıqları çox az məvacib ilə ailələrini saxlamaq və kreditlərini ödəmək barədə də düşünürlər: "Bir çox regionlardakı mağazalarda ərzağın qiymətinin süni şəkildə qaldırılması hərbi qulluqçuların maddi vəziyyətini daha da çətinləşdirib. Belə ki, zabitlər xidmət etdikləri yerdən kənara çıxa bilmədikləri üçün sözü gedən mağazalardan ərzaq almaq məcburiyyətində qalırlar. Millət vəkilləri, nazirlər və onların müavinləri erməni zabit və əsgərlərinin hesabına rahat işləyir, gecələri rahat yatırlar. Belə olduğu halda nə üçün onlar daha çox məvacib və mükafat almaq imkanına malikdirlər, hərbi qulluqçular isə əziyyət çəkirlər".

Zabitlər məktubun sonunda hərbi qulluqçuların maaşlarının məbləğini bir daha nəzərdən keçirmələrini və bu məsələni həll etmələri tələbini irəli sürüblər: "Çünki erməni xalqının bu günü və gələcəyi Ermənistan ordusundan asılıdır".

Məqalədə : Ermənistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52922

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51142

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52573

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52260

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57707

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51916

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52302
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 10:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru