Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

20 Fevral

2019
16:33
1523
Yaşlıların qripə tez yoluxmasının səbəbı açıqlandı

Hər il qrip epidemiyası minlərlə insanın həyatını itirməsinə səbəb olur. Qriplə mübarizəni çətinləşdirən  məsələ isə bu virusun 3 növünün olmasıdır – A,B,C. Gələn ildə hansının daha çox yayılacağını söyləmək isə çətindir. Bundan başqa vaksinasiya  qrip virusunun bir neçə ştammından ancaq birinə immunitet qazanmağa kömək edir.

Peyvənd olmayanda insanın  qripə yoluxma ehtimalı, həmçinin sağalma sürəti  orqanizmin daxili  qüvvəsindən, həmçinin immun sisteminin təhlükəni nə qədər  aktiv şəkildə dəf edəcəyindən asılıdır.

Çikaqo Universitetindən olan Patrik Uilson və həmkarları peyvəndlərin yaşlı insanlara təsir etməməsinin, həmçinin onların gənclərə və orta yaşlılara nisbətən  daha tez  qripə yoluxmasının, hətta həyatlarını itirməsinin səbəbini araşdırıblar. FaktXeber.com-un məlumatına görə, tibb işçiləri yekun nəticəni Cell Host & Microbiome jurnalında dərc ediblər.

Alimlər qrip peyvəndi vurdurmuş yaşlı könüllülərdən və gənclərdən qan nümunələri götürərək, ordan plazmblastı çıxarıblar. Plazmablastlar - özündə B-hüceyrələrin xüsusi tipini ehtiva edir, hansı ki, yeni patoqenləri müəyyən etmir və «sənayeləşmiş»  sayda tanış viruslar üçün  antitellər istehsal edir.

Alimlər bu teli çoxaldaraq onların istehsal etdiyi zülal modlekullarının ABŞ-da son illər  dövr edən (quş qripi və donuz qripi də daxil olmaqla) qrip viruslarının yaranmasına necə reaksiya göstərdiyini yoxlayıblar.

Bu müşahidələr gözlənilməz yekunlaşıb: məlum olub ki, gənclərin plazmablastı qripin konkret versiyası ilə mübarizə aparan  çox sayda ən müxtəlif antitellər istehsal edib. Yaşlı insanların B hüceyrələri isə əksinə, geniş spektrdə viruslara təsir edən az miqdarda çox zəif antitellər istehsal edib.

Alimlərin bu gün  belə «universal» antitel yaratma cəhdlərinə baxmayaraq, immunoloqların nəzərinə görə yaşlıların bu xüsusiyyəti müsbət hal deyil. Bu onu göstərir ki, onların immuniteti virusun yeni növünə demək olar ki, adaptə olmur və yeni infeksiya ilə mübarizə üçün «köhnə baqajdan» istifadə edir.

Alimlər bildirirlər ki, yaşlılarda B hüceyrələrin bu xüsusiyyəti  bir sıra vaksinlərin onlara niyə təsir etmədiyini və qripə qarşı yüksək həssaslığının səbəbini izah edir.

Bunun səbəbi hələ məlum deyi. Lakin elm adamları ehtimal edir ki, B hüceyrələrin yetişdiyi və hazırlandığı herminativ mərkəzlərin işini stimullaşdıraraq vaksinlərin effektlivliyini artırmaq olar. Onların icbari aktivləşdirmək yaşlı insanların immunitetini gəncliklərini xatırlamağa və yei antitellər istehsal etməyə yardımçı olar.

Məqalədə : qrip 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
86

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
971

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1333
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 00:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru