Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2019
16:50
Yazıçı Anarın Rüstəm İbrahimbəyovun yubiley mərasimi ilə bağlı açıqlaması

Tanınmış kinorejissor, xalq yazıçısı Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi, burda özünə yubiley keçirməsi haqda xəbər vermişdik. Həmin yubileydə bir çox tanınmış şəxslər iştirak etmişdi, ancaq vaxtiylə Milli şurada xalq yazıçısı ilə bir yerdə təmsil olunan şəxslərdən heç kim dəvət edilməyib. Yubiley mərasiminin sosial şəbəkələrdə də fotoları yayılıb və sosial şəbəkə istifadəçiləri Rüstəm İbrahimbəyovun Bakıda olmasını təəccüblə qarşılayıblar.

Faktxeber.com məlumat verir ki, məsələ ilə bağlı Bizimyol.İnfo həmin yubiley mərasimində iştirak edən, Rüstəm Ibrahimbəyovun yaxın dostu, xalq yazıçısı, Azərbaycan Yazıçılar İtifaqının sədri Anar Rzayevdən açıqlama alıb. O Rüstəm İbrahimbəyovun yubiley mərasimində sadəcə dostu kimi iştirak etdiyini bildirib.

“Rüstəm İbrahimbəyov mənim illərdir dostumdur, görkəmli yazıçıdır, yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm. Bakıya gəlmişdi mənə zəng etdi ki, yubileyimi qeyd edəcəm məni də dəvət etdi, getdim. Bura necə gəlib, başqa hansı işlərlə bağlı gəlib, mən bilmirəm. Orda başqa şəxslərdə iştirak edirdi.”

Muxbirimizin Rüstəm Ibrahimbəyovun həmin yubileydə siyasətdən getdiyini bildirməsi ilə bağlı Anar Rzayev bunları deyib.

“Mən orda olanda bu barədə söhbət olmayıb. Ola bilər məndən qabaq bu barədə danışıb, mən bilmirəm. Orda başqa siyasətlə bağlı söbət olmayıb, sadəcə sənətdən danışılıb. Bunlar sizi niyə maraqlandırır? Bu barədə onun özündən soruşun. Bura necə gəldiyini, nə üçün gəldiyini, mən hardan bilim…”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7160

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6019

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7517

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10702

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7252
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 13:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru