Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2019
10:40
Amerika, BMT TŞ-nın fələstinliləri müdafiə edən qərarına mane oldu

ABŞ  İsrailin işğal atındakı İordaniya çayının qərb sahilindəki  Əl-Xəlil şəhərində Beynəlxalq Müvəqqəti Mövcudiyyət Qüvvəsinin (TIPH) xidmət müddətini uzatmama barədə qərarından sonra fələstinlilərin qorunmasını istəyən BMT TŞ-nın addımına qarşı çıxıb.

BMT TŞ-nın iki müvəqqəti üzvü Küveyt və İndoneziya Şuradan İsrailin  tək tərəfli  qərarından  narahatçılıq keçirdiyini bildirən və fələstinlilərin  qorunması ilə bağlı çağırış edən ortaq bir bəyanat yayımlamasını istəyib. ABŞ isə BMT TŞ-nın açıqlamasına qarşı çıxıb. Bu səbəbdən bəyanat qəbul edilməyib. 

Qeyd edək ki, BMT TŞ-nin bəyanatı 15 üzvün səs birliyi ilə qəbul edilir.

Bəyanatda həmçinin İsrailin Fələstindəki yaşayış məntəqələrinin beynəlxalq hüququ pozduğunu vurğulanır və problemin iki dövlətli həlli barədə çağırış edilirdi.

Xatırladaq ki, İsrail, vaxtı keçən ay başa çatan TIPH-in xidmət müddətini uzatmayacağını bildirmişdi. Baş nazir Binyamin Netanyahu «Bizə qarşı işləyən Beynəlxalq gücün varlığına izn verməyəcəyik», - deyə açıqlama vermişdi.

TIPH Əl-Xəlildəki fələstinlilərin təhlükəsizlik və sabitliyinin qorunmasına dəstək üçün Fələstin və İsrailin dəvəti ilə 1997-ci ildən  bəri bu yana bölgədə idi. Danimarka, İtaliya, Norveç, İsveç, İsveçrə və Türkiyədən müşahidəçilərin olduğu missiya bölgədə beynəlxalq anlaşmaların pozulması vəziyyətini müşahidə edərək, buna uyğun hesabat hazırlayırdı.

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı da İsrailin TIPH-in xidmət müddətini uzatmama qərarına reaksiya göstərib. Qurum bu qərarın "onsuz da kövrək olan vəziyyəti daha da ağırlaşma riski daşıdığı" xəbərdarlığı etmişdi. 

"Aİ İsrailə beynəlxalq hüquq əsasında əl-Xəlil və işğal altındakı digər Fələstin torpaqlarındakı Fələstin xalqını qorumaq öhdəliyini xatırladır", - deyə təşkilatın yaydığı bəyanatda bildirilirdi. 

Məqalədə : İsrail Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
261

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
222

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
249

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
228

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
251

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2020 17:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru