Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2019
15:33
81
KTMT: Qarabağda gərginlik azalıb

Beynəlxalq vasitəçilərin və region ölkələrinin birgə səyləri Qarabağ münaqişəsi ətrafında dialoqun fəallaşdırılması, eləcə də gərginliyin azalmasına gətirib çıxarıb. FaktXəbər bildirir ki, bu barədə fevralın 6-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov danışıb.
 
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərliyinin mütəmadi görüşləri sülh prosesi üçün zəruri olan şəraitin yaradılması və etimadın möhkəmləndirilməsinə yönələn tədbirlərin görülməsi üzrə müəyyən razılaşmalar əldə etməyə imkan verib: "Son onilliklər ərzində ilk dəfə yüksək səviyyədə birbaşa əlaqə var".
 
General-polkovnik Sidorov Ermənistanın Rusiyadan "Su-30SM" döyüş təyyarəsi alması ilə bağlı sualı cavablandırarkən deyib ki, KTMT-yə üzv dövlətlərin başçılarının qəbul etdiyi bu qərarı şərh edə bilməz.

O həmçinin Naxçıvan ərazisində Türkiyənin hərbi baza inşa etməsi ilə bağlı suala isə, "bizdə belə məlumat yoxdur",-deyə cavab verib.

Məqalədə : KTMT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
34

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
80
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru