Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2019
10:49
907
ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ

Zahidə Tuba Kor


Dekabr ayında ABŞ prezidenti Donald Trampın ani bir qərarla Suriya və Əfqanıstandan əsgərləri çəkəcəyini açıqlaması Vaşinqtonda zəlzələ təsiri yaradarkən, "ABŞ-ın köklü bir Yaxın Şərq siyasəti varmı" sualını da gündəmə gətirdi. "ABŞ və Yaxın Şərq" dedikdə, ağlımıza "Böyük Yaxın Şərq Layihəsi" gəlməsinə və bölgədə baş verən hər hadisəni "böyük planlar"ın bir parçası saymaq adətimizə rəğmən, əslində oğul Buşdan sonra Amerika rəhbərliyinin uzunmüddətli böyük strategiyalarının olmadığı görünür. Trampla birlikdə artıq daha aydın görünən ABŞ-ın Yaxın Şərqdəki strateji disorqanizasiyasını - bir birindən kəskin xətlərlə ayırmaq mümkün olmasa da - fərdi (prezidentin xarakteri), bürokratik və sistemin (regional və beynəlxalq) əsaslara əsaslandırmaq mümkündür. Bu yazıda bürokratik və fərdi ölçülər müzakirə olunacaq.

Xarici siyasətin istiqamətini idarəetmənin başı təyin etsə belə, formalaşması və həyata keçirilməsində əsl mexanizm bürokratiyadır. İllərdir amerikalı xarici siyasət yazarlarının bir çoxu Amerika bürokratiyasının strategiya inkişaf etdirmək və praktiki olar yavaş davranmasını, səriştəsizliyini və mütəxəssis çatışmazlığını tənqid edir. Onlara görə Orta Şərqi yaxşı bilən və strateji düşünmə bacarığına malik mütəxəssislər, çoxdan hakimiyyətdən uzaqlaşdırılmış vəziyyətdədir. Bunun zirvə nöqtəsi isə Tramp rəhbərliyidir.

Trampın ilk icraatı sələfi Obama tərəfindən təyin olunmuş bütün səfirləri (bundan başqa, yüksək səviyyəli məhkəmə və bürokratiya mənsublarını) vəzifədən çıxarmaq oldu. Sonra bir çox tanınmış diplomatın yeni siyasət qarşısında bir-birinin ardınca istefası Amerikanın xarici siyasətində dərin böhran yaratdı. Tramp vəzifədə ikinci ilini başa vursa da, Xarici İşlər Nazirliyində bir çox əsas vəzifələrə hələ də təyinat olmayıb. Habelə Yaxın Şərqin heç bir qıfıl ölkəsində Amerika səfiri yoxdur. Bu əslində Trampın qərəzli bir siyasətidir. Amerika müəssisələrinin altını oymağı əsas vəzifə hesab etdiyindən və qlobal elit və institusional qaydaya müharibə açdığından, boş yerlərə kadr təyin etməyi lazımsız görür.

Əslində əsas məsələ, Trampın təyin edə biləcəyi, onunla həmfikir, etibarlı və hazır kadrının olmamasıdır. Amerikanın beyin mərkəzinin qocaman mütəxəssislərindən olan Maykl Lind Trampın seçilməsindən sonra qələmə aldığı məqaləsində, "Donald Trampın üzbəüz qaldığı ən böyük problem, Trampçılığı tətbiq edəcək yüksək səviyyəli Trampçıların yoxluğudur" (Michael Lind, “Trump Needs His Own Army of Experts”, National Interest, 21.12.2016), - deyərək, yetişmiş kadr çatışmazlığına və intellektual durğunluğa işarə etmişdi. Məhz buna görə Tramp üst pillələri, özü kimi adamlar (qızı İvanka və kürəkəni Cered Kuşner kimi) və ən çox da təqaüdə çıxmış hərbi generallarla doldurdu. Bu da ABŞ-ı hərbi xuntanın idarə etdiyi, müharibə hökuməti qurulduğu müzakirələrinin yaranmasına səbəb oldu.

Trampçılıq eynilə Avropadakı radikal sağçı partiyalar kimi hər hansı bir düşüncəyə sahib olmayan, təkcə mövcud sistemə qəzəbinin və qloballaşmaya qarşı populist millətçi reaksiyanın ifadəsidir. Yəni "Amerika yenidən böyük və güclü etmək" kimi xalqın qulağına xoş gələn boş vədlər başqa öz daxilində tutarlı və üzərində baş sındırılmış hər hansı bir siyasət yoxdur. Öz daxilinə qapanmış və Obama əleyhinə bir xətt tutub.

Trampın Yaxın Şərq siyasətinə damğasını vuran xüsusiyyət, çoxyönlü olmasıdır. Bunu Ağ Evin (yəni Tramp və kürəkəni Kuşnerin) Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fonunda, Xarici İşlər və Müdafiə nazirliklərinin isə Qətərin yanında zidd mövqelər tutduğu Qətər-Körfəz böhranında aydın gördük. İş adamı mənşəli ilk nazir Reks Tillerson dövründə XİN-in işləri azaldıldığı vaxt, Trampın (özü kimi siyasi və diplomatik təcrübəsi olmayan) xarici siyasət müşaviri Kuşner, "Əsrin Müqaviləsi" - deyə bazara çıxardığı Fələstin-İsrail "sülh" prosesi və Körfəzlə əlaqələrin istiqamətləndirilməsi kimi Yaxın Şərqin kritik məsələlərini üzərinə götürdü. Kuşner Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi ilə çox yaxın əlaqə qurdu; hətta özü kimi təcrübəsiz Səudiyyə şahzadəsinə siyasətlərini formalaşdırmaq üçün ağıl da verdi. Məsələ təkcə Tillerson-Kuşner qarşıdurması da deyildi. Çünki Tillerson Kuşnerlə yanaşı, dövrün BMT səfiri Nik Heyli və Milli Təhlükəsizlik müşaviri Mak Masterin də xarici siyasətdə onun sahəsinə daxil olduqlarını söyləmiş, "bir ölkədə 4 Xarici İşlər naziri ola bilməz", - deyə vurğulamışdı. (Jamie Merrill, “Situation vacant: Trump leaves Saudi embassy empty ahead of bin Salman visit”, Middle East Eye, 28.2.2018) Dolayısı ilə qərar vermək və həyati əhəmiyyət daşıyan qurumlar arasında ələqə də yox idi. Bundan başqa, hakimiyyət daxilində ayrı-ayrı qruplar sanki müharibə vəziyyətində idi və istefalara rəğmən bu hal hələ də davam edir.

Trampın Ağ Evdəki ilk ilindən bəhs edən "Od və qəzəb: Trampın Ağ Evinin içində" kitabının müəllifi Maykl Volfun bu sətirləri vəziyyətin xülasəsini əks etdirir: "Xarici siyasətdə nə bir sistem var idi, nə də bir siyasət həyata keçirmək və ya müzakirə prosesi. Daxildə və xaricdə bir-biri ilə rəqabət aparan tərəflər, mütəxəssisləri pisləyən və öz instinktlərinin hər hansı bir peşəkar tövsiyədən daha yüksəkdə olduğuna inanan, faktlara müqavimət göstərən bir adamın diqqətini çəkmək üçün mübarizə aparırdılar". (Chris Doyle, “The Middle East could do without Trump’s vision”, Middle East Eye, 11.1.2017)

Fərdi səviyyəyə endikdə, qarşımıza eqoistliyi və romantik ehtiyacları ilə daxili və xarici siyasəti müəyyənləşdirən prezident çıxır: siyasətdə təcrübəsiz və məlumatsız, ucuz populizmlə tərəfdar toplayan, daxili və xarici siyasəti vaxtaşırı olaraq FoxNews-a baxaraq tvitter vasitəsi ilə istiqamətləndirən, aqibətini hesablamadan ani qərarlar verə bilən, səhvlərini heç vaxt qəbul etməyən, sərt və qəti imic formalaşdırmağa çalışan, daim tərif gözləyən, söz ehtiyatı yalnız bir neçə yüz sözlə məhdudlaşan, ona verilən gündəlik brifinqlərə qulaq asmayacaq qədər laqeyd və saymazyana, mühüm dünya liderlərilə görüşü ərəfəsində hazırlanan sənədləri oxumağa lüzum görməyən qeyri-adi və qalmaqal bir prezident.

Vəziyyət belə olduğu üçün Tramp hakimiyyəti "kadrların ən sürətli dəyişdiyi rəhbərlik" adını alıb. Təhlükəsizlik və xarici siyasət idarəsində az qala bütün əsas kadrlar iki il ərzində ən az bir dəfə dəyişib. Üst mərtəbənin tez-tez dəyişdirildiyi, daha aşağı pillələrin isə boş olduğu bir idarədə, uzunmüddətli strateji qərarların verilməsi qeyri-mümkündür. Onsuz da mövcud hakimiyyət taktiki addımlarla iş aparır. Qismən mövcud olan strategiyalar da istər Trampın coşqun və "narsist" şəxsiyyəti, istərsə də Tvitter vasitəsi ilə daxili və xarici siyasəti formalaşdırmaq cəhdləri alt-üst olur.

Trampın baş yoran siyasətinin ardınca bir-biri ilə zidd olan iki müxtəlif fikir var: Birincisi, tacir məntiqiylə, "Bu işdə marağımız nədir" sualı ilə eyniləşən, Yaxın Şərqə daxil olub başqaları üçün deyil, prioriteti Amerikaya vermək istəyi. İkincisi, heç vaxt zəif görünməmək arzusu. 

Şimali Koreya misalında olduğu kimi, gərginliyi artırmaq siyasətinə və güc tətbiq etmək təhdidi ilə dəstəklənən məcbur diplomatiyasına vaxtaşırı əl atsa da, düşmənlərinə qarşı hərbi hərəkata başlamaq əvəzinə, əlindəki iqtisadi və ticarət vasitələrindən əsas kozır kimi istifadə edir. Bu baxımdan sanksiyalar və dollar silahı ilə iqtisadi və siyasi təzyiq siyasəti həyata keçirir. Müttəfiqlərinin inkişafını dayandırmaq və müəyyən siyasətlərə məcbur etmək üçün maliyyə yardımlarını kəsir. Oxşar şəkildə, ucuz xərcli üsul olan gizli əməliyyatlarla xalqları hakimiyyətlərinə qarşı qızışdırır.

Digər tərəfdən, Tramp komandasının digər bir dominant xarakteri, Evangelist xristianları, İslam əleyhdarlarını, İsrailə qeyd-şərtsiz dəstək çıxanları və mədəniyyətlər toqquşması yaradacaq insanları maliyyələşdirməsidir. Özü dindar bir xristian olmasa da Trsmp Evangelist dairələrin təsiri və mühasirə altındadır. Bu da Yaxın Şərq siyasətinə, xüsusilə Fələstin, İsrail və İran məsələsinə bilavasitə əks olunur. Trampın diplomatiyaya inanan və onu tənzimləməyə çalışan ilk qrupu istefalar və saf-çürük edilməklə kənarda qaldığı bir vaxtda, yerinə Yaxın Şərqdə yeni xaos və qarşıdurma yaratmaq ehtimalı olan, xüsusilə İrana nifrəti ilə tanınan Con Bolton, Mayk Pompeo kimi Evangelistlər gəldi. Əsl təhlükəli olan isə içə Tramp vəzifəsindən kənarlaşdırılarsa, onun yerinə radikal Evangelist vitse-prezident Mayk Pensin keçməsidir.

Keçiriləcək seçkilərdə Nümayəndələr Palatasında Demokratların üstünlük qazanması yeni bir proses başladacaq. Bundan sonra qanunvericilik ilə icra hakimiyyətləri arasında yaranacaq mübarizə, Yaxın Şərq siyasətinə də dərindən təsir edəcək və hakimiyyətin öz daxilində belə, davamlı siyasət həyata keçirilməsinə maneə yaranacaq. Bu, həm də Evangelistlərin şah damarına zərbə endirəcək. O cümlədən, 2000-ci illərdə uğursuz Əfqanıstan və İraq macəralarından və 2008-ci il maliyyə böhranından bəri Amerika xalqının həm xarici müdaxilələri, həm də xaricə əsgər göndərilməsini mühakimə etməsi də Evangelist layihəni müvəffəqiyyətsizliyə uğradacaq.

Dolayısı ilə "Pax-Amerikana"nı həfələyən (İkinci Dünya müharibəsindən sonra Qərb ölkələrində  yaranmış iqtisadi və ictimai-siyasi sabitlik dövrü -red. ) yeni Amerika müdaxiləsi və regional dizayn təşəbbüsü ehtimalı yoxdur. Amma ABŞ bölgədəki müttəfiqlərinin ehtiraslarını və qorxularını tənzimləməyə cəhd etməyəcək. Məsələn, İsrailin təcavüzkar addımları qarşıdakı dövrdə daha da artacaq. ABŞ artıq Yaxın Şərqdə dominant aktyor deyil. Əlini daşın altına qoyan müttəfiqlərini dəstəkləyəcək şəkildə addımlar atmağa başlayır. Müttəfiqləri dəstəkləməyin dərəcəsini də, "Pulu kim verirsə, musiqini də o sifariş edir" məntiqi müəyyən edəcək. Ən azından Tramp hakimiyyətdə qaldığı müddətdə.

Bir sözlə, Əfqanıstandan Suriyaya, İraqa, Fələstin-İsrail "sülh"ündən İrana qədər bir çox məsələdə ictimaiyyətə müxtəlif planlar açıqlansa və ya sızdırılsa da, bunları nə Vaşinqtonda sağlam addımlarla tətbiq edəcək kadr var, nə də regionda elə asanlıqla və pulsuz şəkildə həyata keçirmək imkanı.

Məqalədə : ABŞ Yaxın Şərq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
250

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
128

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
148

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
176

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
217

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 23:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru