Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2019
09:07
997
Azərbaycanda 6 zəlzələ baş verib

Dünəndən bu günə kimi Azərbaycan ərazisində 6 zəlzələ qeydə alınıb.

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir.

FaktXəbər-in AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, ilk zəlzələ yerli vaxtla 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

İkinci zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Növbəti zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11km cənub-qərbdə İsmayıllı ərazisində olub. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. 

Dördüncü dəfə yeraltı təkanlar yenə Pirqulu stansiyasında qeydə alınıb. Yerli vaxtla saat 23:37-də stansiyadan 8 km qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bal olub.

Daha bir zəlzələ yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Sonuncu zəlzələ yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : zəlzələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2019 03:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com