Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2019
17:17
295
Gürcüstan parlamentində Qarabağ separatçısına büstün qoyulmasına etiraz edilib

Gürcüstan parlamentinin builki yaz sessiyasının ilk iclasında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büstün ucaldılması məsələsi qaldırılıb.

FaktXəbər-in “Report”un yerli bürosuna istinadən məlumatına görə, parlamentin deputatı Azər Süleymanov çıxışında separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb.

O bildirib ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olarkən niyə görə Gürcüstan torpağında əli günahsız insanların qanına bulaşan və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana büst qoyulub? 

"Ən pisi isə budur ki, büstün açılış mərasimində deputatlar, bələdiyyə sədri, mer və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu, xalq arasında böyük narahatlıq və ajiotaj yaradıb. Cənab Kobaxidze, mən sizdən bir cavab istəyirəm ki, sizin deputatlarınız orada iştirak edib və siz buna necə qiymət verə bilərsiniz?”, - deyə deputat söyləyib.

A.Süleymanov həmçinin qeyd olunan büstün sökülməsi tələbini də qaldırıb: “Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə xələl gətirən həmin büst götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrar olunmasın”.

Məsələyə münasibət bildirən prlament sədri İrakli Kobaxidze isə bildirib ki, Gürcüstanın qonşu ölkələrlə bağlı aydın mövqeyi var: “Biz qonşu ölkələrin maraqlarına hörmət edirik və bu maraqlara uyğun hərəkət edirik. Əgər lazım gəlsə, biz azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparacağıq və bir yerdə qonşuluqda sülh şəraitinin qorunub saxlanılması üçün qərar qəbul edəcəyik”.

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
101

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
115

Laçının işğalından 27 il ötür

18

May
11:35
ÖLKƏ
234

Azərbaycan əhalisinin gəlirləri 5,5% artıb

18

May
10:28
İQTİSADİYYAT
141
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 12:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru