Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2019
11:20
DİM-dən “Şəxsi kabinet” yaradanlara MƏLUMAT

DİM-in elektron xidmətlərindən istifadə etmək üçün “Şəxsi kabinet” yaradanların nəzərinə!

“Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir.

Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” yaratmaq üçün istifadəçi ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir (yeni nəsil şəxsiyyət vəsiqəsi olan vətəndaşlar üçün sənədin seriyası bölməsində '-' seçilməlidir), nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib “Şəxsi kabinet yarat” düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, ekranda istifadəçinin soyadı, adı, atasının adı və digər məlumatları əks olunur.

Bu barədə FaktXəbər-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, artıq “Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir. Kabinet yaradılanda və ya telefon nömrəsi istifadəçi tərəfindən dəyişdiriləndə istifadəçinin mobil telefonuna SMS vasitəsilə 6 rəqəmli təsdiqləyici kod göndərilir. Bu kod kabinetdə müvafiq sahəyə daxil edildikdə mobil telefon nömrəsi aktual nömrə kimi saxlanılır.

“Şəxsi kabinet” yaradılan zaman mobil telefon nömrəsinin tələb olunmasının üstünlüyü ondan ibarətdir ki, həm zəruri hallarda istifadəçi ilə əlaqə saxlanıla bilər, həm də gələcəkdə “Şəxsi kabinet”in parolu itirilən zaman kabinetin “parolu unutmuşam” bölməsindən istifadə etməklə SMS vasitəsilə parol mobil telefon nömrəsinə göndərilə bilər. Artıq “Şəxsi kabinet”i olan, lakin “əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsini qeyd etməyən və ya digər şəxslərə məxsus telefon nömrəsi qeyd olunan istifadəçilərə tövsiyə edirik ki, gələcəkdə bu xidmətdən istifadə etmək üçün “Şəxsi kabinet”lərinə daxil olub “əlaqə məlumatları” bölməsində özlərinə məxsus mobil telefon nömrəsini qeyd eləsinlər

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
130

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
381

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
230

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
254

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
263

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
463
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 18:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru