Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2019
11:14
362
Gənclik qəzetə `torbada ilan` kimi baxır - EKSPERT

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyələşmə şərtlərinə etdiyi dəyişiklik Azərbaycanda çap mediasının yaşayıb-yaşamaması ilə bağlı müzakirələrin yaranmasına səbəb olub. Çap mediasının sıradan çıxmasının zamanı gəldiyini deyənlərin sayı artmaqdadır. Xüsusən mobil telefonların kütləvi dövriyyəyə daxil olması elektron mətbuata marağı artırdı, kağız üzərindən xəbər oxuyanların sayı kəskin azaldı.

Mövzu ilə əlaqədar tanınmış təhsil eksperti Etibar Əliyev Faktxeber.com-a müsahibəsində bidirib ki, qəzet böhranını izah etmək bir o qədər çətin deyil:

"Birinci postulat budur ki, qəzetlər oxunmur, ikinci postulat qəzetlərin maraqsız olmasıdır, üçüncü postulat qəzet oxumaq mühitinin yoxa çıxmasıdır. 15-20 il bundan öncə köşklərin qarşısında xeyli sayda adamın qəzet gözləməsinin şahidi olmuşuq. Metroda qəzet oxuyan görmürəm. Qoltuğunda qəzet olan adama rast gəlmək olmur"

Ekspert Azərbaycan dilli mətbuatın Rus dilli mətbuatla rəqabətə davam gətirə bilmədiyini də sözügedən problemin tərkib hisssəsi hesab edir:

"Rus məktəblərinə olan maraq artır. Rus dilində qəzet oxucularının sayı da artır. "Ədəbiyyat qəzeti" ilə "Literaturnaya qazetanı", "İqtisadiyyat" adlı qəzetlə "Kommersant" qəzetini, müqayisə etmək mümkündürmü? Qətiyyən. Qəzet rəhbərləri bundan sonra daha yaxşı və məzmunlu qəzet buraxacaqlarına söz versələr də, bu, mümkün deyil. Potensial ona imkan vermir. İtirilmiş oxucu kütləsi də buna inanmayacaq. Gənclik isə qəzetə torbada ilan kimi baxır. Rusiyada, Türkiyədə çıxan çoxtirajlı qəzetlərin çoxsaylı səhifələrində siyasətə və intriqalara çoxa az yer ayırılır. Bu qəzetin oxunaqlığını artırır."

Etibar Əliyev qəzet süquqtunun bir səbəbini də yazarların məzmunsuz köşə yazılarında görür: "Yazıçılar, sənət adamları, alimlər yazı yazmırlar. Görsəndi ki, qəzet bizim kimi cəmiyyətlərdə dəyər daşıyıcısına çevrilə bilmədi. Onu reanimasiyadan çıxarmaq çox çətindir. Saytlar qəzeti dalana sıxıb. Saytların tam şəkildə qəzeti əvəzləməsi arxivin və istinadın itməsidir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qəzet 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 13:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com