Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2019
16:38
Bu həftə geomaqnit qasırğası olacaq

Fevralın 7-8-də güclü geomaqnit həyəcanlaşması müşahidə olunacaq.

Bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.  

Onun sözlərinə görə, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzu olan Günəş alışmaları generasiya etməyə qadir deyil: "Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur".

E.Babayev qeyd edib ki, tac dəliyindən “əsən” Günəş plazma küləyinin təsirlərinin fevralın 7-8-də Yerə çatması gözlənilir: "Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş vermişdi. Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, Fevralın 7-8-də müşahidə olunacaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Ehtimal olunur ki, fevralın 7-9-da bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir". (report.az)

Məqalədə : AMEA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
95

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
136

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
170

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
214
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 18:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru