Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2019
12:17
963
Generalın rəhbərliyi ilə təlim keçirilir - FOTO

Fövqəladə Hallar Nazirliyi ilə Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində yanvar ayının 26-dan fevral ayının 4-dək qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təlimə start verilib.

FaktXəbər-ə daxil olan məlumata görə, Qusar rayonunun ərazisində  təşkil edilmiş təlimə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Həmçinin təlimdə Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin ekspertləri də iştirak edirlər.

Təlimə Nazirliyin Aparatından 3 nəfər, Xüsusi Riskli Xilasetmə Xidmətindən 14 nəfər (11 nəfər xilasedici, 3 nəfər kinoluq) və 4 baş xüsusi təlim keçmiş it, Şimal-qərb Regional Mərkəzindən 3 nəfər, Şimal Regional Mərkəzindən 3 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən 2 nəfər xilasedici cəlb edilmişdir. Ümumilikdə təlimə 25 nəfər əməkdaş və 4 baş xüsusi təlim keçmiş it cəlb edilib.

Təlim Nazirliyin xilasedicilərinin dağlıq zonalarda və meşə massivlərində qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təcrübələrinin artırılması və baş vermiş fövqəladə hadisələrə çevik reaksiya verilməsinə daim hazır olmalarını təmin etmək məqsədilə keçirilir.

Məqalədə : FHN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
277

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
183

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
214

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
249

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
279

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
269

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
840

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
647
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 06:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru