Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2019
16:50
920
43 milyon müsəlmana 300 məscid… ARAŞDIRMA

Sovet dövrünün  dinlərlə mübarizəsini yəqin ki, bilməyən yoxdur. FaktXeber.com olaraq isə bu gün sizlərə SSRİ-nin İslamla mübarizəsini rəqəmlərdə təqdim edəcəyik.

1917-ci il Bolşevik inqilabından əvvəl  Rusiyada (himayəsində olan, lakin  rəsmən imperatorluğa daxil olmayan  Buxara Əmirliyi ilə Xivə Xanlığı istisna olmaqla) 25 mindən artıq İslami ibadətxana mövcud olub. Sonradan SSRİ-yə daxil olan respublikalarda isə 1917-ci ildən əvvəl məscidlərin sayı 30 mindən artıq olub. Bunların çoxu 1920-1940-cı illərdə  bağlanmış, dağıdılmış, klub, hətta hamam və din əleyhinə muzeylərə çevrilmişdi. Beləliklə rəsmi mənbələrə görə 1942-ci ildə məscidlərin sayı 1200-ə enir. Müharibədən sonra  dini sərbəstliyin nisbətən artdığı illərdə bu say artır və Stalin ölən ərəfədə xalqa açıq məscidlərin sayı 1500-ə yüksəlir.

Lakin 1958-ci ildə Nikita Xruşov  tərəfindən başladılan  din əleyhinə  kampaniya əsnasında məscidlərin böyük əksəriyəti (xüsusən kəndlərdə) bağlanır. Rəsmi «Spravoçnik Propaqandista i Aqitatora»ya (Moskva, 1966, səh.149) görə, 1966-cı ildə ibadətə açıq olan məscidlərin sayı 400-ə düşüb. 10 il sonra 1976-cı ilin mart ayında  Din İşləri Şurasının idarəçilərindən olan Vasiliy Furov isə “Grande Encyclopedie Soveietique” komitəsinə təqdim etdiyi hesabatda rəsmi qeydiyyatdan keçmiş 300 məscid barədə məlumat verib.

İnqilabdan əvvəl və Sovet İmperiyasının çiçəklənən dövründə keçmiş SSRİ-yə daxil olan Respublikalardakı məscidlərin sayı müqayisə ilə

İlk olaraq elə öz dövlətimizdən başlayaq. Azərbaycanda 1917-ci ildə 2000 məscid olduğu halda, 1928—ci ildə bu rəqəm 1369-a düşür. 1978-ci ildə isə cəmi 16 məscid qalır. Onlara ümumilikdə 50-70 din xadimi  xidmət edib (1979-cu ildə Azərbaycanın 4955000 əhalisi olub).

1975-ci ildə milyon yarıma yaxın müsəlman əhalisi olan Dağıstanda açıq vəziyyətdə 27 məscid var idi. Halbuki 1917-ci ilə kimi ölkədə 360-ı qədim məscid olmaqla 1700 ibadət ocağı olub.

İnqilabdan əvvəl 900 məscidin olduğu Çeçen İnquş Muxtar  Respublikasında 1978-ci ildə cəmi 2 məscid qalıb. Lakin 1980-ci ildən sonra ibadət ocaqlarına daha 5 məscid əlavə edilir.

Tacikistan Respublikasında  1963-cü ildə 69 imam xətibin xidmət etdiyi ibadətə açıq 18 məscid olub. Lakin bir il sonra  imam xətiblərin sayı 39-a düşür (1979-cu il statistikasına görə həmin vaxt Tacikistanda müsəlman əhalinin sayı 3.252.700 olub)

Türkmənistan Respublikasında rəsmi mənbələrə görə 1979-cu ildə cəmi 4 məscid olub (1979-cu ildə müsəlmanların sayı 2.270.00)

Özbəkistan və Qazaxıstanda isə məscidlərin sayı məhcul olaraq qalıb. Xarici ziyarətçilər tərəfindən  bu məsələdə Daşkənd Dini Nazirliyinə sorğu ünvanlanarkən, qurum belə cavab verib: «Onların sayını Allah bilir. Və hər nə olursa olsun bu qədər məscid  müsəlmanlara kifayətdir»

1979-cu ildə susqunluğunu dayandıran  Daşkənd müftisi  Ziyaəddin  Babaxanov bəzi şübhəli  rəqəmlər ortaya atmışdı. Bildirilir ki, Orta Asiya və Qazaxıstanda 200 məscid olub. Bunlardan  12-si Daşkənddə, 3-ü Səmərqənddə, 4-ü də Buxarada. Bundan başqa onlara  sayı məlum olmayan kiçik məscidlər və məhəllə məscidləri də əlavə  edilmişdi ki, bunlardan 100-ü Daşkənddə, 15-i Səmərqənddə, 10-dan artığı Baxaradadır.

Fəqət 1976-cı ildə Daşkənd Dini Nazirliyinin bir üzvü Fransız araşdırmaçı ilə söhbətində Orta Asiyada 5 Respublikanın hamısında nazirliyə bağlı 143 məscidin olduğunu bildirmişdi.

QEYD:  Bu məqalə  araşdırmaçı yazarlar, şərqşünas Aleksandr Benninqsenin, S. Enders Vimbuslə birgə yazdığı «Sufi və komissar» kitabının 1988-ci ildə dərc olunan tərcüməsindən götürülüb.

Məqalədə : Top Secret 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
236

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
115

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
137

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
166

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
203

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
151
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 22:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru