Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

28 Yanvar

2019
15:37
970
Son 10 ildə Azərbaycanın büdcəsi 2 dəfədən çox böyüyüb

Maliyyə Nazirliyi son 10 ildə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin artım tempi barədə məlumat yayıb.

“FaktXəbər” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2009-cu il ilə müqayisədə 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 2,2 dəfə və ya 12 mlrd. 842,1 mln. manat artaraq 23 mlrd. 168 mln. manata yüksələcək.

Hesabat dövründə qeyri-neft gəlirləri 2,6 dəfə artıb. Belə ki, əgər 2009-cu ildə qeyri neft gəlirləri 3 mlrd. 624 mln. manat olubsa, 2019-cu ildə qeyri-neft gəlirləri 9 mlrd. 467,7 mln. manat proqnozlaşdırılır.

Xərclərə gəlincə, müqayisə olunan dövrdə bu göstərici 2,4 dəfə artacağı gözlənilir. Çünki, 2009-cu ildə xərclər 10 mlrd. 503,8 mln. manat təşkil edibsə, bu il bu göstəricinin 25 mlrd. 190 mln. manat olacağı gözlənilir. Sosial yönümlü xərclərin də 2,2 dəfə artacağı gözlənilir. Belə ki, 2009-cu ildə sosialyönümlü xərclər 3 mlrd. 584,2 mln. manat olub. Cari ildə isə sosialyönümlü xərclər 7 mlrd. 917,8 mln. manat səviyyəsində proqnozlaşdırılıb. 

Məqalədə : Maliyyə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Heydər Əliyev prospektində zəncirvari qəza - FOTO

23

Aprel
11:47
HÜQUQ,HADİSƏ
568

Bakıda 19 yaşlı qız itkin düşüb

23

Aprel
11:36
HÜQUQ,HADİSƏ
73
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 14:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru