Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
15:47
`Google Play`də saxta `GPS` mobil proqramlar aşkarlanıb

“Eset” antivirus şirkəti “Google Play” mağazasında 50 milyon dəfədən çox yüklənilən 15-ə yaxın saxta “GPS” mobil proqram aşkarlayıb.

“GPS Route Finder”, “GPS Live Street Maps”, “Maps GPS Navigation” və bir sıra digər proqramlar istifadəçiləri “Google Maps” servisinə yönləndirib. Mobil əlavə müəllifləri reklam bannerlərinin göstərilməsindən və reklamı söndürən premium abunəçiliyin satışından qazanc əldə ediblər. “Google Maps” reklam elanlarının olmadığı pulsuz servisdir.

Bildirilir ki, fırıldaqçılar istifadəçilərin etimadını qazanaraq faydasız əlavələrin 50 milyon dəfədən çox yüklənilməsinə şərait yaradıblar.

“Fırıldaqçılar potensial istifadəçiləri qanuni naviqasiya əlavələrindən oğurlanan saxta skrinşotlarla cəlb edirlər. Bu əlavələrin məqsədi reklam gəliri (asan qazanc) əldə etməkdən ibarətdir. Onlar naviqasiya texnologiyalarına və ən yeni texnologiyalara malik olmasalar da, yalnız “Google Maps” servisindən düzgün istifadə etmirlər”, – şirkətin təhlükəsizlik üzrə mütəxəssisi Lukas Stefanko bildirib.

Şirkətin qeyd etdiyi bir sıra saxta “GPS” mobil proqramları hələ də “Google Play” mağazasında mövcuddur. Zərərli və arzuolunmaz əlavələrdən mühafizə üçün “Eset” mobil qurğular üçün etibarlı antivirusdan istifadəni tövsiyə edir.(ictnews)

Məqalədə : Google Play GPS 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
574

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
411

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
365

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
332

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
327

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
424
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 21:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru