Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2019
09:16
396
2019-cu ilin ilk Ay tutulması oldu-VİDEO

Bu gün 2019-cu ilin ilk Ay tutulması hadisəsi artıq başlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:34-də başlayıb və tutulmanın 10:51-dək başa çatacağı bildirilir.

X.Mikayılovun sözlərinə görə, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Rəsədxananın elmi işlər üzrə direktor müavini bildirib ki, bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.

Qeyd edək ki, növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ay tutlması 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 02:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com