Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2019
12:05
Polis: Rəsulzadənin barelyefini bələdiyyə çıxarıb

“Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən çıxarılmış barelyef əslində kənar şəxslər tərəfindən oğurlanmayıb”.

Bu barədə Abşeron rayonu Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, həmin lövhə əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarılıb:

“Bizdə olan məlumata görə, bələdiyyə barelyefin yerini dəyişmək məqsədilə onu çıxarıb. Oğurluq faktı ilə bağlı heç bir şikayət, məlumat idarəmizə daxil olmayıb”.

Novxanı sakinləri isə barelyefin oğurlandığını bildirirlər. Onlar deyirlər ki, polis məsələni qəsdən bələdiyyənin üstünə atır ki, olay səs-küysüz ötüşsün...

Qeyd edək ki, yanvarın 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən, hazırda uşaq bağçası olaraq fəaliyyət göstərən evinin önündə yerləşən anım lövhəsi oğurlanıb. Səhər açılanda kənd sakinləri  üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.

Bundan əvvəl, Novxanı kəndinin keçmiş icra nümayəndəsi oğurluq faktını təsdiqləmişdi.(modern.az)

Məqalədə : Polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 10:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru