Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2019
12:33
Formula 1 yarışı üçün media akkreditasiyasına start verilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 26-28 aprel 2019-cu il tarixlərində dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb. 

BŞH-dən FaktXəbər-ə verilən məlumata görə, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2019 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi 28 fevral 2019-cu il, saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini ölkəmizdə baş tutacaq növbəti Formula 1 yarışını işıqlandırmaq üçün tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edir: “Diqqətinizə xüsusilə çatdırmaq istərdik ki,Formula 1 yarışlarında iştirak edən media nümayəndələri, bir qayda olaraq, müəyyən rəsmi standartlara və kriteriyalara tabe tutulurlar. Yalnız həmin göstəricilərə tam cavab verən jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılış vəsiqəsi əldə edəcəklər.

Fürsətdən istifadə edərək yarışı işıqlandırmaq istəyən bütün jurnalistləri bu kriteriyalarla yaxından tanış olmağa və gecikmədən 2019 Formula 1 Azərbaycan Qran Prisinə qeydiyyatdan keçməyə çağırırıq. Bu prosesdə hər birinizə uğurlar arzulayırıq!”

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.

Məqalədə : Formula 1 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48000

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46072

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47715

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47336

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52863

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46933

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47350
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 18:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru