Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
10:35
1247
DİN: 23 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

Yanvarın 8-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə 4 fakt üzrə çəkisi 23 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Bu haqda DİN mətbuat xidmətindən FaktXəbər-ə bildirilib.

Daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının Qaradağ rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri İlkin Əliyevdən və Rüstəm Kərimlidən çəkisi 8 kiloqram 260 qram tiryək və 6 kiloqram heroin götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müzəffər Həsənov narkotik vasitə olan heroini satarkən cinayət başında yaxalanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 3 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar kəndində yaşayan Zəfər Səfərovun evindən 5 kiloqram marixuana və müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xudat şəhər sakini Zaur Əliyevdən 437 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : narkotik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 14:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com