Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
22:51
Qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrinə qarşı reyd keçirilib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxtın Nizami rayonunda qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrinə qarşı reyd keçirib. 

Bu barədə FaktXəbər-ə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. 

Məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz ət satışı məqsədi ilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Belə ki, indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib. Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı məlum olub ki, hələ də standartlara cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı məntəqələri fəaliyyətini davam etdirir. Bununla bağlı olaraq Agentlik aidiyyəti orqanlar ilə birlikdə qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlərə başlayıb. Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib. Odur ki, reydlərə ilkin olaraq Nizami rayonundan başlanılıb. Bu rayon üzrə 40-a yaxın qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsinin fəaliyyətinə baxış keçirilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Məqalədə : ət ət kəsimi reyd AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48166

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46207

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47861

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47456

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53034

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47089

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 17:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru