Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
18:33
1878
Türkiyədə gəminin batması nəticəsində 1 Azərbaycan vətəndaşı ölüb, 1-i itkin düşüb

Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində gəminin ekipaj üzvlərindən biri, Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Agentlikdən bildirilib ki, bu gün saat 16:50-də Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.

Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb.

***

16:15 - Qara dənizdə, Türkiyənin Samsun sahillərində batmış yük gəmisinin xilas edilən heyət üzvləri arasında hələlik azərbaycanlılar yoxdur. Bu barədə özəl olaraq Trend-ə Türkiyə Sahil-Mühafizə Xidmətinin Samsun şöbəsindən bildiriblər. Qeyd olunub ki, hadisə bölgəsində axtarış işləri davam etdirilir. Məlumata əsasən, azərbaycanlılardan biri gəminin kapitanıdır.

***

14:00 - Türkiyənin Samsun vilayətinin 80 mil məsafədə gəmi batıb. FaktXeber.com-un Türkiyə KİV-nə istinadla verdiyi məlumata görə, Panama bayraqlı yük gəmisi Samsun limanından çıxıb, lakin əlverişsiz hava şəraiti ilə əlaqədar heyət  üzvləri geri qayıtma barədə qərara gəlib. Hadisə də bu vaxt baş verib.

Gəminin təhlükə siqnalı verməsi ilə əlaqədar Samsun və Sinop xilasetmə gəmiləri hərəkətə keçib. Hadisə yerinə 1 təyyarə, 4 helikopter, 1 axtarış xilasetmə gəmisi, 1 römorkör, 2 sahil təhlükəsizlik qayığı cəlb edilib.

Əməliyyat nəticəsində 7 heyət üzvü xilas edilib, 2 heyət üzvünün isə meyidi çıxarılıb.

Ümumilikdə 13 heyət üzvünün 9-u Ukrayna, 2-si Azərbaycan, 2-nin də Rusiya vətəndaşı olduğu bildirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : gəmi qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2019 02:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com