Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
09:36
280
Cəbrayılın sabiq icra başçısı vəfat etdi

Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də səhər saatlarında dünyasını dəyişib.

Bu barədə mərhumun yaxınları məlumat veriblər. Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

O, uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb.  18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirdi...

Allah rəhmət eləsin... (modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com