Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2019
15:35
2144
Azərbaycanda verilən kreditlərin 82%-i Bakının payına düşür

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin dekabr ayının 1-nə 12 mlrd. 564 mln. 150,7 min manat təşkil edib ki, bunun da 81,68%-i və ya 10 mlrd. 262 mln. 852,7 min manatı Bakı şəhərinin payına düşüb.

Faktxeber.com AMB-yə istinadən xəbər verir ki, kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 4,56%-lik payla Aran iqtisadi rayonu qərarlaşıb. Ötən ilin dekabr ayının 1-nə bu iqtisadi rayona 572 mln. 574,1 min manat həcmində kredit qoyulub.

Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə üçüncü yerdə Abşeron iqtisadi rayonu qərarlaşıb. Belə ki, ötən ilin 11 ayında Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 510 mln. 30,4 min manat təşkil edib. Bu, ümumi kredit qoyuluşunun 4,06%-ni təşkil edir.

Kredit qoyuluşunun 3,78%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, hesabat dövründə Gəncə-Qazax iqtisadi rayonuna 475 mln. 283,3 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun 1,66%-i Lənkəran iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ötən ilin yanvar-noyabr aylarında Lənkəran iqtisadi rayonuna 208 mln. 150,1 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun 1,3%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ötən ilin 11 ayında Quba-Xaçmaz iqtisadi rayonuna 163 mln. 871,5 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun 1,25%-i Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, 2018-ci ilin dekabrın 1-nə Şəki-Zaqatala iqtisadi rayonuna 157 mln. 210,1 min manatlıq kredit qoyulub.

Naxçıvana hesabat dövründə 103 mln. 333,5 min manat kredit qoyulub ki, bu da ümumi kredit qoyuluşunun 0,82%-ni təşkil edir.

Kredit qoyuluşunun 0,49%-i Dağlıq Şirvan iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ötən ilin yanvar-noyabr aylarında Dağlıq Şirvan iqtisadi rayonuna 61 mln. 109 min manatlıq kredit qoyulub.

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, ötən ilin 11 ayında Yuxarı Qarabağ iqtisadi rayonuna ümumi kredit qoyuluşunun 0,39%-i və ya 49 mln. 453,5 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna kredit qoyuluşu isə bundan 175 dəfə az - 283 min manat olub.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 23,9% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 10,2% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 9,7%-ə bərabər olub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : verilən kreditlər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 01:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com