Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2019
22:51
319
Azərbaycan Səudiyyə Ərəbistanına süd ixrac edəcək

Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər.

Bunu “Trend”ə  Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov deyib.

Onun sözlərinə görə, iki Azərbaycan şirkəti süd məhsulları ixrac edir – “Atena” şirkəti Yaxın Şərq ölkələrinə, “MPro” isə Rusiyaya.

S.Eyyubov qeyd edib ki, Assosiasiya qarşısında dayanan əsas məsələ daxili bazarın süd və süd məhsulları ilə təmin olunması, eləcə də bu məhsul üçün yeni standartların tətbiq olunmasıdır.

O əlavə edib ki, ölkədə südlük heyvandarlığın inkişafının stimullaşdırılması üçün addımlar atılır.

Qeyd edək ki, Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası 2018-ci ilin yanvarında yaradılıb. Hazırda Assosiasiya 20 şirkəti özündə birləşdirir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 01:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com