Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2018
12:34
582
Bakıda qayda pozan 175 sürücü barədə protokol tərtib olunub

Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik tədbirlər keçirilib.

İdarənin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, dekabrın 21-də aparılan əməliyyat-profilaktik tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə 8 nəfər tutulub, axtarışı elan olunan 29 nəfərin yeri müəyyən olunaraq, saxlanılması təmin edilib, küçə ticarəti ilə məşğul olduqlarına görə 118, avara və dilənçiliklə məşğul olduqlarına görə 25 nəfər barəsində inzibati ölçü götürülüb. 

Bununla yanaşı, xırda xuliqanlıq 40, xırda talama 27, antisanitariya 52 fakt, qeydiyyat qaydalarını pozma 1510, digər inzibati xətalara görə 108 fakt və digər hüquqazidd hallar aşkarlanaraq qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülməklə, icra olunub.

Dövlət Yol Polisi xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan ümumilikdə 449, o cümlədən kobud qayda pozuntusuna yol verən, inzibati xəta tərkibi yaradan 175 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Müəyyən olunan bir sıra avtomobillərdə çoxavazlı səs siqnalı, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunan digər avadanlıqlar quraşdırılan 9 nəqliyyat vasitəsi saxlanılaraq, mühafizəsi təmin olunan duracağa qoyulub, avtomaşını sərxoş halda idarə edən 18, yolu müəyyən olunmayan yerdən keçən 254 piyada barəsində müvafiq tədbirlər görülüb.

Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
584

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
425

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
439

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
488

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
517

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
490

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1088

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
884
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 08:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru