Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
13:06
783
Kaşıkçının qətlini həyata keçirənlərin Konsulluğa giriş-çıxış GÖRÜNTÜLƏRİ ortaya çıxıb

Washington Post yazarı, müxalif jurnalist  Camal Kaşıkçını (Xaşuqi) aradan götürmək üçün Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik edam qrupunun  fərqli zamanlarda Türkiyəyə girişləri, İstanbul Baş Konsulluğuna giriş və çıxışları, həmçinin hava limanından ayrılmaları barədə yeni fotolar ortaya çıxıb. 

FaktXeber.com-un Haberler.com-a istinadla verdiyi məlumata görə, İstanbul Ədliyyəsi  Kəşfiyyat və Terrorla Mübarizə şöbə müdirliyi ilə  Milli Kəşfiyyat İdarəsi (MİT) planlı cinayətin aydınlaşdırılması üçün başda Konsulluğun  ərazisi olmaqla  şəhərin bir çox  yerlərində  müşahidə kameralarını yoxlayıblar, 147 kameradan 3500 saatlıq görüntü xüsusi qrup tərəfindən analiz edilib.

Bildirilir ki, kəşfiyyatçı Muhəmməd Saad  H.Alzahrani (30), ordu generalı  Mansour Othman M.Abu Hussain (46) və kəşfiyyatçı polkovnik letenant Naif Hassan S.Alarifi (32) oktyabrın 1-də  saat 16.30-da Səudiyyə Hava yollarına  aid  təyyarə ilə, Əbdüləziz  Muhəmməd M.Alhavsavi (31), Xalid  Aedh G.Alotaibi (30) və Hava Limanı Təhlükəsizlik  eksperti, kəşfiyyatçı Saad Mashal Albostani (31) oktyabrın 2-də  saat 01.30-da Türk Hava yollarına aid təyyarə ilə  Atatürk Havalimanına eniş edərək  otellərə yerləşdiriliblər.

Oktyabrın 2-də polkovnik leytenant Badr Lafi M. Alotaibi (45), Kralın mühafizəçisi Waleed Abdullah M. Alshehri (38), Briqada generalı Mustafa Mohammed M. Almadani (57), Faad Shabib A. Albalawi (33), Xüsusi Müdaxilə eksperti, briqada generalı Maher Abdulaziz M. Mutreb (47), Mühafizə uzmanı kəşfiyyatçı Thaar Ghaleb T. Alharbi (39), Strateji Planlama və Kommunikasiya eksperti kəşfiyyatçı Turki Musharraf M. Alshehri (36), DİN Məhkəmə Tibb eksperti, həkim polkovnik leytenant Salah Mohammed A. Tubaigy (47) və Saif Saad Q. Alqahtani (45) isə saat 03.30—da xüsusi təyyarə ilə  Atatürku Hava Limanına  enərək  otelə gediblər.

Şübhəlilərdən Maher Abdulaziz M. Mutreb, Thaar Ghaleb T. Alharbi, Badr Lafi M. Alotaibi, Mohammed Saad H. Alzahrani, Turki Musharraf M. Alshehri, Waleed Abdullah M. Alshehri, Faad Shabib A. Albalawi, Mustafa Mohammed M. Almadani, Saif Saad Q. Alqahtani və Salah Mohammed A. Tubaigy ad siyahısına uyğun olaraq 09.50-10.57 arasında  Baş Konsulluğa giriblər.

Abdulaziz Mohammed M. Alhawsawi, Khalid Aedh G. Alotaibi, Naif Hassan S. Alarifi, Saad Meshal Albostani ve Mansour Othman M. Abu Hussain də siyahıya uyğun olaraq 11.00-12.30 arasında ayrı-ayrılıqda diplomatik missiyaya giriblər.

Saif Saad Q. Alqahtaninin müşaiyyət etdiyi briqada generalı Mustafa Mohammed M. Almadani Camal Kaşıkçının paltarlarını geyinərək, saxta saqqal  və bığla, əlində qara torba ilə 14.53-jə konsulluğun  arxa qapısından  piyada çıxıb . Ticari taksi ilə Sultanəhmədə gələn Almadani, saat 16.13-də girdiyi caminin ayaq yolunda əynini dəyişərək, 16.29-da oradan çıxır. 

Bu vaxt konsulluğun bağçasında park edilmiş 34 CC 1865 seriyalı avtobus içərisinə çoxlu sayda çamodan və torba yükləndikdən  sonra saat 15.00-da  çıxaraq konsulluğa girir. İçərisində cəsəd olduğu düşünülən çamodan və tobalar daşınır.

Planlı cinayətdən sonra təkrar otellərinə qayıdan  və fərqli zamanlarda  hava limanlarına gedən xüsusi qrupdan Badr Lafi M. Alotaibi, Waleed Abdullah M. Alshehri, Faad Shabib A. Albalawi, Maher Abdulaziz M. Mutreb, Thaar Ghaleb T. Alharbi və Turki Musharraf M. Alshehri HZSK1 seriyalı xüsusi təyyarə ilə oktyabrın 2-də saat 18.30-da, Abdulaziz Mohammed M. Alhawsawi, Khalid Aedh G. Alotaibi, Mohammed Saad H. Alzahrani, Mansour Othman M. Abu Hussain, Naif Hassan S. Alarifi, Saad Meshal Albostani və Salah Mohammed A. Tubaigy isə HZSK2 seriyalı təyyarə ilə oktyabrın 2-də saat 22.50-də Atatürk Hava limanından Səudiyyə Ərəbistanına geri qayıdıb. 

Cinayətdən sonra Kaşıkçının paltarlarını geyinərək  konsolluqdan çıxan Mustafa Muhəmməd M. Almədəni və onu müşaiyyət edən Saif Saad Q. Alqahtani də Türk Hava  Yollarına aid təyyarə ilə oktyabrın 3-də saat 01.30-da  Atatürk Hava Limanından  Misirdən keçərək  Səudiyyə Ərəbistanına qayıdıb.

Görüntülü qeydlərdən  cinayətlə bağlı bəzi təfərrüatları əldə edən hüquq mühafizəçilər və MİT əməkdaşları  Baş Konsulluğun binasında  axtarış aparmağı tələb etdikdə səud rəsmilər  baş qatma taktikası ilə vaxt qazanmağa çalışır. Bu müddət ərzində Səudiyyə Ərəbistanından gələn 2 toksikologiya eksperti və kimyagərlik üzrə ekspertin binada sübutları aradan aparmasından sonra araşdırmaya izn verildi.

Səudiyyəli rəsmilər axtarış  sırasında  Konsullutun  bağçasını  və içərisindəki quyunu iznə daxil olmamasını əsas gətirərək, orada araşdırma aparmağa izn verməmişdilər. Sonrakı  müddətdə tələblərə baxmayaraq bağça və quyunun araşdırılmasına izn verilmədi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2019 20:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru