- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan rəhbərliyinin Ermənistanla sərhədin Qazax və Ağstafa rayonları istiqamətindən keçən hissəsində sərhəd qoşunlarını yerləşdirməsi Ermənistanla münasibətlər baxımından atılmış addımdır. FaktXəbər "Virtualaz"a istinadən xəbər verir ki, belə rəylə rusiyalı ekspert, Qafqaz və Mərkəzi Asiyanı araşdırma Mərkəzinin baş elmi əməkdaşı Aleksandr Skakov çıxış edib.
Skakov erməni KİV-lərinə açıqlamasında bildirib ki, bu addım Ermənistanda rəhbərliyin dəyişməsi və müəyyən təmaslar yaratmaq cəhdləri ilə əlaqəlidir.
“Ermənistanda rəhbərliyin dəyişməsi Azərbaycanı buna həvəsləndirib ki, müəyyən qarşı addımlar atsın. Yanaşmalarda kəskin dəyişmə də məhz bununla bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan uzun illər heç bir güzəştə getməyib, o cümlədən Ermənistanla sərhəddən snayperlərin və ağır texnikanın geri çəkilməsi məsələsində. İndi Bakı Yerevandan adekvat addımlar gözləyəcək”-A.Skakov deyib.
Ekspertə görə buna xüsusi fikir vermək lazımdır ki, qərar Ermənistanla sərhəd rayonlarla bağlı qəbul edilib. “Ermənistanla sərhəddə vəziyyətin kəskinləşməsi münaqişəyə Rusiyanın da qarışmasına gətirib çıxara bilər. Bunu Bakıda bilməmiş deyillər”-o əlavə edib.
Skakovun fikrincə ola bilsin Bakı bu addımı tərəfdaş ölkələrlə, o cümlədən Minsk Qrupunun həmsədrləri ilə razılaşdırıb.
Xatırladaq ki, sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətindən keçən hissəsində yerləşdirildiyini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev açıqlayıb. Bildirib ki, Ali baş komandan İlham Əliyevin əmri ilə sərhədin bu istiqamətindəki döyüş postları sərhəd qoşunlarına təhvil verilib. Müdafiə Nazirliyinin bölmələri isə daha intensiv təlim-məşq hazırlığı və ehtiyat qüvvələrin yaradılması məqsədi ilə geri çəkilib.
Lakin Müdafiə Nazirliyi bu məsələ ilə bağlı bildirib ki, sərhədin Qazax və Ağstafa istiqamətlərindən keçən hissəsində erməni mövqelərindən 2 kilometrə qədər aralıda yerləşən, vəziyyətin nisbətən sabit olduğu postlar sərhəd qoşunlarının bölmələrinə təhvil verilib. Həmin postlara Müdafiə Nazirliyinin bölmələri ağır texnika və silahlarla dəstək verir. Düşmənlə bilavasitə təmas xəttindəki postlar isə ordunun nəzarətindədir.
- 21-02-2019 16:38 Əlcəzairdə hərbi vertolyot qəzaya uğrayıb: 2 pilot ölüb
- 21-02-2019 15:55 Qazimiz son mənzilə yola salındı - FOTO
- 21-02-2019 15:36 Ordumuz Ermənistana məxsus taktiki PUA-nı məhv edib - FOTO
- 21-02-2019 15:08 Ermənistan və Gürcüstan birgə təlimlərdə iştirak edəcəklər
- 20-02-2019 15:04 Hərbi attaşelər Azərbaycan istehsalı olan silahlarla tanış olublar
- 20-02-2019 12:35 Norveç ordusunda qadınlara təcavüz halları artıb
- 20-02-2019 12:04 Hərbi Hava Qüvvələri döyüş atışlı taktiki-xüsusi təlimlərə başlayıb
- 20-02-2019 10:42 Səudiyyə əsgərləri pusquya düşüb - VİDEO
- 20-02-2019 10:18 Beynəlxalq qrup Naxçıvan hərbi hissələrini yoxlayıb - FOTO
- 20-02-2019 08:58 Rusiyadan sonra ABŞ da Kosmik Qüvvələr yaratdı
- 19-02-2019 15:31 Daha bir ölkə Rusiyanın "S-400"nə "elçi düşdü"
- 19-02-2019 14:06 Bakıda 704 ədəd partlamamış hərbi sursat tapılıb - FOTO
- 19-02-2019 11:14 Hindistan ordusunun iki təyyarəsi yerə çırpılıb - VİDEO
- 18-02-2019 12:13 Yəmənlilər Səudiyyənin hərbi düşərgəsinə 10 raket atıb - VİDEO
- 18-02-2019 11:46 Rusiya yeni kamikadze-dronunu sınaqdan keçirib - VİDEO
- 18-02-2019 10:08 Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb
- 16-02-2019 09:55 Düşmən bu həftə atəşkəsi 150 dəfə pozub
- 15-02-2019 12:22 Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşüb
- 15-02-2019 10:54 Yəmənlilər Səudiyyənin hərbi okyektlərini raketlə vurub - VİDEO
- 14-02-2019 16:08 Türkiyədə vertolyot qəzasıyla bağlı alay komandiri vəzifədən çıxarıldı
- 14-02-2019 15:19 Yəmənlilər Səudiyyənin hərbi texnikalarını partladıb - VİDEO
- 14-02-2019 12:55 Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür
- 13-02-2019 16:30 Hindistan Rusiyaya 21 ədəd qırıcı sifariş verib
- 13-02-2019 12:41 Hərbi liseylərə qəbul imtahanı təşkil ediləcək
- 13-02-2019 11:57 ATƏT nümayəndələri Tərtər İcra Hakimiyyətində olublar