Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2018
10:58
796
Qarabağ Komitəsi BŞİH-ni məhkəməyə verəcək

Dekabrın 10-da Qarabağ Komitəsinin bu ayın 15-nə planlaşdırdıqları mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədi.

Mitinqin “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə keçirilməsi qərara alınmışdı. Mitinqə hazırlıq işlərinə hələ bir neçə gün öncədən başlanılmışdı. Belə ki,  Qarabağ Komitəsinin İşçi qrupunun üzvü, AXP sədri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə 15 dekabr mitinqi ilə bağlı çağırış edib bildirmişdi ki,  Qarabağ Komitəsi 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib və mitinqə hazırlıq başlanıb. Lakin rəsmi icazə verilmədi.

Məlumat üçün onu da qeyd edək ki,  Qarabağ Komitəsi ilk Qarabağ mitinqini sentyabrın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirib. İkinci mitinqini isə 24 noyabra eyni ünvana təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədi. Qarabağ Komitəsi qarşıdurma yaranmasını istəmədiyini əsas göstərərək razılaşdırılmamış mitinqə getmədi və yenidən mitinq  keçirməklə bağlı icazə müraciəti etdi.

Bəs bu dəfə necə, komitə yenidən mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəkmi?

Qarabağ Komitəsinin təsisçilərindən olan, AG Partiyanın lideri Tural Abbaslı bildirib ki, dekabrın 12-də komitənin iclası keçiriləcək: “Həmin iclasda bu məsələ daha geniş formada müzakirə ediləcək. Lakin bu gün koordinatorlar qrupunda belə qərar verildi ki, həmin qərardan məhkəməyə şikayət edək. Məhkəmədən tələb edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni qadağasını ləğv edib, bizə dekabrın 15-də mitinq keçirməyimiz barədə razılıq versin. Həmçinin qərar qəbul edilsin ki, biz mitinqimizi keçirə bilək. Hazırda sənədlərin hazırlanması istiqamətində işlər aparılır. Çalışacağıq ki, bu günə həmin şikayəti təqdim edək. Növbəti mitinqin təyin olunub-olunmaması barəsində hələ ki konkret bir söz deyə bilmərəm. Çünki məsələ Qarabağ Komitəsinin geniş iclasında müzakirə edilməyib. Əgər məhkəmə qərarı dəyişəcəksə, dekabrın 15-də mitinqimizi keçirmək niyyətindəyik. Bu məsələ aydınlaşdıqdan sonra isə növbəti mitinqlər barəsində danışmaq olar. Hələ ki 15 dekabr mitinqinin keçirilməsi uğrunda bəzi hüquqi addımlar atırıq. Güman edirəm ki, məhkəmə Bakı Şəhər İcra Hakimiyyətinin məntiqsiz cavabını ləğv edib, bizə icazə verəcək. Digər bütün məsələlər isə təyin etdiyimiz iclasda müzakirə olunacaq və ictimaiyyətə yeni qərarlar barəsində məlumat verəcəyik”. ("Yeni Müsavat")

Məqalədə : Qarabağ Komitəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
254

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru