Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2018
09:47
798
`Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər`

“Azərbaycanda daxili qoşunlarla, ümumiyyətlə digər hərbi və təhlükəsizliklə bağlı qanunlara dəyişikliklər, hətta ola bilsin ki, ayrıca qanunun qəbul edilməsi məsələsini müzakirəyə çıxarmağı nəzərdə tuturuq”.

FaktXəbər-in məlumatına görə, bunu “Report”a müsahibəsində Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, bütün bu layihələrdə əsas məsələ terrorizmə qarşı mübarizəni daha da gücləndirməkdir: “Burada ümumi bir niyyət var ki, terrorizmə qarşı mübarizədə müvafiq normaları gücləndirək. Bu bir reallıqdır ki, bu gün bütün dünya terrorla təhdid olunur. Ölkəmiz də coğrafi cəhətdən elə yerdə yerləşir ki, bizə qarşı xarici terrorizm təhdid elementləri özünü aydın göstərir. Ölkə daxilində bu məsələ ilə bağlı heç bir narahatlıq yoxdur. Azərbaycanın daxili sabitliyi yüksək səviyyədədir. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, hazırkı sürətli inkişafımızı istəməyən mərkəzlər var ki, bu təhdidin də arxasında onlar durur. İndi o qüvvələr hər vəchlə çalışırlar ki, Azərbaycanda imkan düşən kimi terror hadisəsi törətsinlər, qarışıqlıq yaratsınlar. Amma onlar unudurlar ki, Azərbaycanın dövlət təhlükəsizliyi çox etibarlı əllərdədir. Biz də qanunverici orqan olaraq çalışırıq ki, lazım gəldikdə hərbi qanunvericilik aktlarında terrorizmə qarşı mübarizə tədbirlərinin hüquqi bazasını daha da gücləndirək.”

Məqalədə : Ziyafət Əsgərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
88

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
61

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
72

Sentyabrın 18-ə gözlənilən hava proqnozu

17

Sentyabr
13:02
ÖLKƏ
125

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
100
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 16:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru