Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2018
16:19
1534
`Azərsun Holding`in pomidorlarını Rusiyada belə əzdilər - VİDEO

Rusiyanın Tomsk şəhərində ilk dəfə çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb. Özü də Azərbaycandan ixrac edilən pomidorlarda.

Bu haqda “Rosselxoznadzor”un regional idarəsi məlumat yayıb.

“Tomsk vilayəti üzrə “Rosselxoznadzor”un regional idarəsi Azərbaycandan daxil olan qarantin altındakı yükə-təzə “çerri” pomidorlarına baxış zamanı təhlükəli qarantin obyekti-Cənubi Amerika pomidor güvəsi aşkarlanıb”-məlumatda deyilir.

Əlavə edilir ki, həmin məhsulun yoxlanılması zamanı təhlükəli zərərvericinin həyat qabiliyyətli süfrələri də aşkarlanıb.120 kiloqram pomidor Tomas gömrüyünün əməkdaşları və yükün daxil olduğ “EvroLogistik” MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib.

Məlumatda deyilir ki, həmin pomidorun qida kimi istifadə edilməsi mümkün deyil, təhlükəlidir.

“Rosselxoznadzor” təhlükəli zərərvericilərin aşkarlandığı pomidorların məhv edilməsinə dair görüntüləri də yayıb. Belə məlum olur ki, həmin məhsul Azərbaycanda “Gözəl Təbiət” MMC adlı müəssisənin "Green Tech" istixanalarında istehsal olunub.

“Gözəl Təbiət” MMC Azərbaycanın iri kənd təsərrüfatı və ərzaq istehsalçısı “Azərsun Holding”in tərkibinə daxildir.

Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi pereparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərəverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır./Virtualaz

Məqalədə : pomidor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
57

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
146

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
109

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
134

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
108

Azərbaycan əhalisinin sayı açıqlanıb

16

Sentyabr
11:45
ÖLKƏ
256

Bilik günündən FOTOREPORTAJ

16

Sentyabr
11:36
ELM / TƏHSİL
244
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 16:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru