Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
11:05
Azərbaycan BMT-də HƏMASın lehinə səs verib

BMT Baş Assambleyasında 6 dekabr taixində ABŞ-ın HƏMAS təşkilatını pisləyən qətnamə layihəsi səs çoxluğu qazansa da, rədd edilib. FaktXəbər bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Səsvermə zamanı sənəd 87 dövlətin dəstəyini alsa da, 57 ölkə bunun əleyhinə çıxış edib. Lakin qətnamə layihəsi təsdiqlənməsi üçün səslərin ən azı üçdə iki hissəsini qazanmadığı üçün rədd olunub.
 
Qeyd edək ki, ABŞ və onun müttəfiqləri səs çoxluğu ilə səs verməni təklif etmişdilər. Lakin Rusiyanın da daxil olduğu bir sıra ölkələr bu qərarın yalnız Baş Assambleya üzvlərinin üçdə ikisinin dəstəyi ilə qəbul olunmasını istəyiblər. Nəticədə, bu məsələ ilə bağlı ayrıca səsvermə keçirilib: 72 ölkə sadə səsvermə, üçdə iki variantını isə 75 ölkə dəstəkləyib.

HƏMAS təşkilatı ilə bağlı BMT-də keçirilən səsvermənin yekunu belə olub.

Qətnaməyə qarşı çıxan ölkələr: HƏMAS pisləyən qətnamənin əleyhinə, səs vermişdir: Boliviya, Qambiya, Qvineya, Mavriki, Namibiya, Mozambik, Konqo, Mali, Mavritaniya, Niger, Nigeriya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Seneqal, Suriya, Zambiya, Zimbabve, Yəmən, Qazaxıstan, Qətər, Çin, Küveyt, Laos, Livan, Liviya, Mərakeş, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Vyetnam, Bruney, Venesuela, Misir, Cibuti, İndoneziya, İordaniya, İraq, İran, Kuba, Nikaraqua, Oman, BƏƏ, Malayziya, Maldiv, Komor adaları, Qabon, Azərbaycan, Somali, Sudan, Surinam, Syerra Leone, Tunis, Türkiyə, Özbəkistan, CAR.

Dəstəkləyən ölkələr: Avstraliya, Avstriya, Albaniya, Andorra, Bolqarıstan, Bosniya və Herseqovina, Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya, Dominikan Respublikası, Haiti, Qvatemala, Honduras, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Belçika, Argentina, Baham, Beliz, Antiqua və Barbuda, Dominika, Kabo-Verde, Kanada, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Marşal adaları, Meksika, Mikroneziya, Lesoto, Mozambik, Malavi, Kiribati, Kolumbiya, Kosta-Riko. Monako, Nauru, Niderland, Yeni Zelandiya, Norveç, Palau, Panama, Papua - Çili, İsveçrə, İsveç, Xorvatiya, Çernoqoriya, Çexiya, Estoniya, Cənubi Koreya, Yaponiya, Yamayka, Cənubi Sudan, Eritreya, Fuci, Ukrayna, Uruqvay, Finlandiya, Fransa, Yeni Qvineya, Paraqvay, Peru, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Serbiya, Sinqapur, Makedoniya, Moldova, Rumıniya, San-Marino, Sent-Kids və Nevis, Ruanda, Solomon adaları, ABŞ, Tuvalu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həmas 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 10:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com