Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
10:36
Səudiyyə kralı Qətər əmiri ilə barışmaq istəyir

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud Qətər əmiri Şeyx Təmim bin Hamed əl-Sanini Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 39-cu sammitinə dəvət edib. FaktXəbər bildirir ki, bu barədə Qətərin rəsmi agentliyi "QNA" məlumat yayıb.

Kral Salman 9 dekabrda Səudiyyədə keçiriləcək zirvə toplantısında iştirak etməsi üçün Qətər əmirini ölkəsinə çağırıb. Rəsmi dəvət KƏŞ-in baş katibi Əbdüllətif əz-Zəyyani tərəfindən Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mərihiyə təqdim olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 5 iyun 2017-ci ildən Qətərlə diplomatik əlaqələri kəsib. Bu ölkələr Qətərə qarşı iqtisadi və siyasi embarqo da tətbiq etməyə başlayıb.

Qətərə embarqo tətbiq edən 4 ölkə münasibətlərin bərpası üçün Doha rəhbərliyinə "İranla əlaqələrin kəsilməsi, əl-Cəzirə" telekanalının bağlanması" kimi şərtlərin olduğu 13 maddəlik tələb siyahısı təqdim etsə də, Qətər beynəlxalq hüquqa zidd heç bir tələbin yerinə yetirilməyəvəyini açıqlayıb.

Məqalədə : Səudiyyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8221

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6989

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8639

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8499

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12572

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8248
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-07-2020 11:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru