Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
12:19
Rus Dram Teatrı tanınmış aktyorla bağlı açıqlama yaydı

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı xalq artisti Fəxrəddin Manafovun işdən çıxması haqqında məlumata münasibət bildirib.

Teatrın mətbuat katibi İlham Məmmədov açıqlamasında deyib ki, F.Manafov hazırda Rus Dram Teatrının ştatındadır və hər şey normaldır.

O qeyd edib ki, xalq artistinin işdən ayrılması barədə informasiya həqiqəti əks etdirmir: "Məlumatı kimin və hansı məqsədlə yaydığını bilmirik. Fəxrəddin müəllim tamaşası, məşqləri və ya vacib bir iş olanda teatra gəlir. Belə hər gün teatrda olmur. Ola bilsin hazırda ailəsi ilə şəhər kənarındadır və ya özü dincəlir deyə telefonlara cavab vermir. Bəzən telefon zənglərinə cavab vermir. Bu da normaldır".(report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rus Dram teatrı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com