Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
14:27
`WhatsApp`da audiomesajlar funksiyası dəyişəcək

“WhatsApp” messencerinin növbəti yeniləməsində audiomesajlar funksiyasında ciddi dəyişikliklər gözlənilir. Məsələn, istifadəçilər bir neçə audiomesajı bir mesaj kimi dinləmək imkanına malik olacaq.

Məlumata görə, bunun üçün ən birinci audiomesajın üzərinə sıxmaq kifayətdir, bundan sonra digər audiomesajlar da avtomatik səsləndiriləcək. İndi artıq bəzi telefonlarda işləyən bu funksiya tezliklə bütün istifadəçilərə əlçatan olacaq.

“WhatsApp” – mobil və digər platformalar üçün mətn mesajları ilə ani mübadilə, səsli və görüntülü ünsiyyət üçün populyar pulsuz sistemdir. 2014-cü ildə “Facebook” şirkəti “WhatsApp”ı satın alıb və indi onun sahibidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : WhatsApp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com