Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
11:51
“İnstagram”da yeni funksiyalar istifadəyə verilib

"Instagram"da zəif görənlər üçün sosial şəbəkədən istifadəni asanlaşdıran funksiyalar istifadəyə verilib.

Yeni funksiyalardan biri xüsusi texnologiya sayəsində şəkildə təsvir edilmiş obyektləri tanımağa və onları uca səslə sadalamağa imkan verir.

Bundan başqa, fotoşəkillərin əlavə edilməsi vaxtı onun təsvirini tərtib etmək mümkün olub ki, bu da zəif görən istifadəçi üçün həmin təsviri  səsləndirməyə imkan verir.

"Instagram" – 2010-cu ildə ABŞ-da Kevin Sistrom və Mayk Kriqer tərəfindən hazırlanmış sosial şəbəkə elementlərinə malik şəkil və videolarla  mübadilə üçün pulsuz mobil proqramdır. 2012-ci ildə "Facebook" sözügedən xidməti 1 milyard dollara satın alıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İnstagram 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com