Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
10:16
Peskov Putinin Trampla görüşə hazır olduğunu bildirib

Kreml ABŞ Administrasiyasının Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşünün təxirə salınma qərarından təəssüflənir. FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə RF liderinin Mətbuat Xidmətinin rəhbəri Dmitriy Peskov bəyan edib.

«Biz Amerika Administrasiyasının Buenos-Ayresdə iki prezidentin planlı görüşünü ləğv etmə qərarından təəssüflənirik. Bu, beynəlxalq və ikitərəfli gündəmdə ciddi məsələlərin qeyri-müəyyən vaxta kimi təxirə salınması deməkdir», - o bildirib.

"Rusiya prezidenti Vladimir Ptuinə gəldikdə isə, o, amerikalı həmkarı ilə danışıqlara hazırdır", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, cümə axşamı günü Tramp Kerç körfəzində baş verənlərlə bağlı hesabatla tanış olduqdan sonra Putinlə Argentinada G20 sammitində planlaşdırılan danışıqları təxirə salmaq qərarına gəlib.

Peskov bəyan edib ki, Trampla danışıqların təxirindən sonra Putinin sammitdə faydalı görüşlər üçün əlavə bir neçə saatı olacaq.

Xatırladaq ki, bazar günü Ukrayna HDQ-nin 3 gəmisi - "Berdyansk", "Nikopol" və "Yanı Kapu" Rusiyanın dövlət sərhədlərini pozaraq RF-nin ərazi sularının müvəqqəti qapalı sularına daxil olmuş və Qara dənizdən Kerç boğazına doğru hərəkət etmişdilər. Onlar təhlükəli manevrlər edərək Rusiya hökumətinin qanuni tələblərinə boyun əyməmiş və saxlanılmışdılar.

Vladimir Putin Kerç boğazında baş verənləri aşağı reytinqə malik Pyotr Poroşenkonun seçkiqabağı provokasiyası adlandırıb.

Məqalədə : Putin Tramp Kerç böhranı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
300

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
313

MSK-nın iclası başladı

21

Fevral
16:04
ÖLKƏ
310

I sinfə qəbul qaydaları açıqlanıb

21

Fevral
15:42
ELM / TƏHSİL
9407

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
1945

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 01:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru