Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
14:29
`Ürəyim sıxılırdı, oğurluğa getdim` - 18 yaşı var...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi keçirilib.

Hakim Mayıl Bayramovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. Belə ki, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək yatan Elnarə Əhmədovanı xəncərlə hədələyərək 150 manat istəyib. Səsə oyanan Nicat Əhmədov onu zərərsizləşdirib.

Təqsirləndirilən C. Əhmədov ifadə verərək deyib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib: "Ordan çıxıb sərxoş vəziyyətdə evə getdim. Anamla tək qalırdım, bekarçılıqdan ürəyim sıxılırdı, darıxırdım. Evdən suvenir xəncəri götürüb o evə getdim, elə bilirdim orada heç kim yaşamır. Hasardan tullanıb həyətə keçdim. Pəncərədə setkanı cırıb içəri girdim. Qadın yatmışdı, onu oyadıb 150 manat pul istədim. Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı, oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər".

Proses dekabrın 10-da davam etdiriləcək.(Qafqazinfo)

Məqalədə : Oğru 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 12:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru