Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
12:34
Gürcüstanda prezident seçkiləri - YEKUN NƏTİCƏ

Gürcüstanda keçirilmiş prezident seçkilərində yekun nəticə elan olunub. Səslərin 100 faizi sayılıb və müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

Nəticələrə görə, S.Zurabişvili 59,52 faiz səs toplayıb. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.

Qeyd olunur ki, S.Zurabişviliyə 1,1 milyon seçici səs verib. Seçkilərdə iştirak faizi 56,223 faiz təşkil edib.

***

08.16 - Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ikinci turunun seçici səslərinin 99,7 faizinin hesablandığını açıqlayıb.

Rəsmi nəticələrə əsasən Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb.

Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib. 

Gürcüstanda prezident seçkilərinin bu gün keçirilən ikinci tutunda hakim “Gürcü arzusu” koalisiyasının namizədi Salome Zurabişvilinin qalib elan edilməsinin ardınca keçmiş prezident Mixail Saakaşvili Avropadan öz tərəfdarlarına müraciət edib.

FaktXəbər-in məlumatına görə, Saakaşvili videomüraciətində əhalini küçələrə çıxmağa və vətəndaş itaətsizliyinə səsləyib. O, “Gürcü arzusu”nun lideri Bdzina İvanişvilini “çirkin oliqarx” adlandırıb. Bildirib ki, İvanişvili qanunu, konstitusiyanı, demokratiyanı və seçki institutunu tapdalayıb.

Saakaşvilinin sözlərinə görə, hakimiyyət seçkiləri oğru dünyasının dəstəyi ilə keçirib. Və bu seçkilərin demokratiyaya və xalqın öz iradəsini nümayiş etdirməsinə dəxli yoxdur.

“Bu gündən etibarən İvanişvili Gürcüstanın legitim hökmdarı deyil. Mən bu seçkiləri tanımıram və gürcü cəmiyyətini də nəticələri tanımamağa səsləyirəm”-o bildirib.

Mixail Saakaşvili qeyd edib ki, seçkilərin nəticələrinin necə olacağından asılı olmayaraq müxalifət küçələrə çıxacaq və kütləvi itaətsizlik nümayiş etdirəcək. “Mən Gürcüstan polisini xalqın tərəfində dayanmağa çağırıram, silahlı qüvvələri qanunsuz əmrləri yerinə yetirməkdən imtina etməyə səsləyirəm. Dövlət aparatının sağlam qismi Gürcüstanda hökmranlıq edən kriminal, mafioz bandadan məsafə saxlamalıdır”-o bildirib.

Saakaşvili “istənilən yolla” Gürcüstana qayıdacağını da deyib.

Məqalədə : Salome Zurabaşvili 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43825

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43772

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43193

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48718

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43181

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43596
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 19:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru